Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevirdə Qurban bayramı münasibəti ilə qurban kəsimi oldu

09 iyul 2022 | 14:18

Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı aparatının təşkilatçılığı və Mingəçevir Bələdiyyəsinin dəstəyi ilə müqəddəs Qurban bayramı münasibəti ilə qurban kəsimi tədbiri həyata keçirilmişdir. Tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı İlham İsmayılov, aparatın məsul işçiləri, Mingəçevir şəhər polis şöbəsinin rəisi, polis polkovniki Ədalət Əliyev, şəhər Bələdiyyəsinin sədri Ramiz Əliyev və Bələdiyyə üzvləri, YAP şəhər təşkilatının sədri Cavanşir Yusubov, şəhid ailələri və müharibə veteranları, eləcə də digər ictimai təşkilatların rəhbərləri, din xadimləri, mətbuat nümayəndələri iştirak etmişlər. Qurban kəsimi mərasimində din xadimi dua oxumuş, xoş arzularını çatdırmışdır. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov mərasimdə çıxış edərək Qurban bayramı haqqında fikrini bölüşmüş, ölkə rəhbəri cənab İlham Əliyevin Azərbaycan xalqına təbrikini mərasimdə iştirak edənlərin nəzərinə bir daha çatdırmış, mingəçevirlilərə ürək sözlərini bildirmiş, bayramlarını təbrik etmişdir. Qeyd edək ki, şəhər sakinlərinə Qurban bayramı günündə 800 kiloqramadək ət paylanılmışdır. Onların arasında 251 şəhid ailəsi, 80 nəfər birinci Qarabağ əlili, 43 nəfər ikinci Qarabağ əlili, 20 nəfər Əfqan veteranı, eləcə də digər imkansız ailə üzvləri vardır. Bununla yanaşı həmin gün şəhər İcra Hakimiyyətinin başçısı adından Uşaq nevroloji sanatoriyasına ət payı bişirilərək digər ərzaq məhsulları ilə birgə çatdırılmışdır. Daha sonra Heydər Əliyev Fondu xətti ilə göndərilmiş 55 Vətən müharibəsi və Aprel şəhidlərinin ailələrinə qurban payı və bayram sovqatı, Həmkarlar İttifaqı xətti ilə 80 ədəd bayram sovqatı Vətən müharibəsi şəhid ailələrinə və bir sıra aztəminatlı ailələrə bayram sovqatı paylanmışdır.

Keçidlər