Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevirdə növbəti ictimai baxış keçirildi

10 sentyabr 2025 | 15:31

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun ictimaiyyət nümayəndələri və mətbuat işçiləri ilə birgə keçirdiyi növbəti ictimai baxış energetiklər yaşayış massivində olub. Sentyabrın 10-da baş tutan tədbirdə öncə Mənzil Kommunal Təsərrüfatı Müəssisəsi tərəfindən alınan müasir tipli məişət tullantıları konteynerlərinə baxış keçirilib. Məlumat verilib ki, Mingəçevir şəhər İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq quruculuq işlərinin aparılmasında zəruri olan texniki avadanlıqların alınması prosesi də həyata keçirilir. Bu dəfə 1,1 kub tutumlu 22 ədəd müasir formalı məişət tullantıları yığılan konteynerlər alınıb. Bu avadanlıqlar qapaqlı və təkərlidir, şəhərə yeni gətirilən məişət tullantıları toplayan maşınların köməkliyi ilə tökülın tullantılar əl əməyindən istifadə olunmadan daşınacaqdır. Qeyd olundu ki, ötən ilin dekabr ayında daha 20 ədəd müasir formalı məişət tullantıları yığılan konteynerlər alınmışdır. Bütün bu avadanlıqların köməkliyi ilə vətəndaşların rahatlığını təmin etmək, təmizliyi qorumaq və əsasən sakinlərin məmnunluğuna nail olmaq mümkün olur. İctimai baxış sonra Milli Qəhrəman Natiq Qasımovun adını daşıyan mini parkda davam etdirilib. Burada bir söhbətgah yerləşdirilib və ikincisi də əlavə ediləcək, fəvvarənin tikintisi aparılır, torpaq sahələri yumşaldılır, tamet döşəmələr döşənib. Parkda yaşıllıq zolaqlarına müxtəlif ağac tingləri və dekorativ gül kolları əkiləcək, qazonlar səpiləcək, işıqlanma sistemi çəkiləcək, oturacaqlar qoyulacaq, arxa divarına sarmaşıqlardan ibarət bəzək düzüləcəkdir. Bir sözlə, qəhrəmanın adını daşıyan istirahət məskəni zövq oxşayacaqdır. Sonra abadlıq quruculuq işləri və əsaslı təmir işləri aparılan Naxçıvan, Yadigar Mansurov və Abdulla Şaiq küçələrinə baxş olub. Çoxmənzili binalarının ümumi istifadə sahələri, blokları təmir olunaraq suvanıb, fasad hissələri rənglənib, plastik pəncərə çərçivələri və seyf qapıları qoyulub. Nümunəvi məhəllələrin yaradılması işləri aparılır. Cari ilin sonuna qədər burada işıqlanma sisteminin çəkilişi başa çatdırılacaqdır. Görülən işlərlə tanış olan İcra Hakimiyyətinin başçısı İlham İsmayılov şəhərimizdə həyata keçirilən hər bir quruculuq işlərinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı və tövsiyyələri ilə aparıldığını bildirib. Qeyd edib ki, əsas məqsəd vətəndaşların rifah halının yaxşılaşdırılması, Mingəçevirin gözəlliyinin təmin edilməsidir. Vətəndaşların müraciətlərini diqqətə çəkən şəhər rəhbəri kanalizasiya sisteminin yenidən qurulmadığı ərazilərdə işin davam etdirilməsi, asfalt örtüyünün çəkilməsi, zirzəmilərin dezinfeksiya edilməsi, ərazilərin səliqə sahmana salınması, yaşıllıq zolaqlarının suvarılması və digər məsələlərlə bağlı aidiyyəti təşkilatların rəhbərlərinə tapşırıqlarını verərək fəaliyyət uğurları arzulayıb.

Keçidlər