Şriftin ölçüsü :
Saytın rəngi :
10 sentyabr 2024-cü il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Aran Regional Məşğulluq Filialının və Mingəçevir Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Mingəçevidə növbəti əmək yarmarkası baş tutub.
Gənclər Evinin qarşısında təşkil olunan tədbirdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Aran Regional Məşğulluq Filialının rəsmiləri iştirak ediblər. Yarmarkada 21 müəssisə iştirak edib və 190 vakansiya təqdim olunub. İşəgötürənlər tərəfindən vakansiyalara müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlər növbəti mərhələyə dəvət olunacaqlar. Tədbirdə həmçinin işsiz və işaxtaran şəxslərə Agentliyin aktiv məşğulluq istiqamətləri və müraciət qaydaları barədə də məlumat verilib.