Şriftin ölçüsü :
Saytın rəngi :
Mingəçevir şəhər İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində şəhər ərazisində növbəti ağacəkmə aksiyası keçirilmişdir.Aksiyada şəhər İcra Hakimiyyətinin məsul şəxsləri və “Uşaq Səfirlər Məclisinin” Mingəçevir şəhər üzrə nümayəndələri iştirak etmişdirlər.
Qeyd edək ki, Aksiyanın keçirilməsində məqsəd ekoloji vəziyyətin sağlamlaşdırılması, cəmiyyətdə ekoloji mədəniyyəti və təbiətə qayğını təbliğ etmək ənənələrini davam etdirmək, ağac əkilməsini və yaşıllıqların çoxaldılmasını təşviq edərək ətraf mühitin qorunmasına töhfə verməkdən ibarətdir. Mingəçevir şəhər İcra hakimiyyəti tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı tədbirlər davam etdirələcək.