Mingəçevirdə məişət tullantıları daşıyan yeni texnika təqdim olunub
14 oktyabr 2026 | 17:58
Oktyabrın 14-də Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 07.05.2026-cı il tarixli sərəncamı ilə Ekologiya Nazirliyi və Gəncə Avtomobil İstehsalat Birliyi arasında bağlanmış müqavilə əsasında şəhərin təmiz saxlanması və bərk məişət tullantılarının vaxtında daşınması üçün Mingəçevirə verilmiş xüsusi texnika ilə tanışlıq olub. Tədbirdə şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, aparatın məsul əməkdaşları, kommunal xidmət müəssisələrinin rəhbərləri, ictimaiyyət və mətbuat nümayəndələri iştirak ediblər. Məlumat verilib ki, maşının tutumu 22 kubdu və bu da köhnə maşınların 5 ədədinin tutumundan artıqdır. Çoxfunksiyalı maşın əl əməyi olmadan konteynerləri götürür və boşaldır, kipləşdirir. İki illik zəmanəti var, servis xidmətu göstəriləcək. Sonra maşın işə salınıb, iş prinsipi göstəlilib. Çıxış edən İcra Hakimiyyətinin başçısı İlham İsmayılov son 4-5 il ərzində şəhərin təmizliyinin qorunması, abadlıq-quruculuq işlərinin aparılması üçün 20-dən artıq müasir texnikanın alındığını bildirib. Qeyd edib ki, yaxın vaxtlarda daha 8 ədəd yeni texniki avadanlıqlar gətiriləcəkdir. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə regionlarda həyata keçirilən quruculuq işlərinin genişləndiyini qeyd edən şəhər rəhbəri bildirib ki, "Şəhərsalma və Memarlıq İli" çərçivəsində cənab Prezidentin tapşırığı ilə Mingəçevirdə bir sıra layihələr icra olunur, 90-dan artıq binada təmir və ərazilərdə təmir-quruculuq işləri aparılır. Bütün bunlar ölkəmizin inkişafının göstəricisidir.Məlum olduğu kimi bu günlərdə cənab Prezidentin iştirakı ilə Mingəçevirdə keçmiş Regenerat zavodunun ərazisində yeni sənaye müəssisəsinin onlayn formatda təməli qoyuldu, o cümlədən Mingəçevir Tekstildə yeni fabrikin inşa olunacağı gözlənilir. Bu isə onu bir daha göstərir ki, vətəndaşların məşğulluğunun təmin olunması da diqqətdədir. Hər birimizin başlıca vəzifəsi isə məsuliyyətlə çalışmaq, vəzifəmizi layiqincə icra etməkdir. Bu cür müasir texnikanın şəhərimizə verilməsi bu sahədə əhaliyə göstərilən xidmətin daha keyfiyyətli olacağına təminat verir. Göstərilən hər bir diqqət üçün cənab Prezidentimizə minnətdarıq. Sonra Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin işçiləri maşını yenidən içə salıb, verilən suallara aydınlıq gətiriblər.