Mingəçevirdə "Kürü keçək?! - 2” açıq suda üzmə yarışı keçirilib.
03 sentyabr 2023 | 14:48
Sentyabrın 2-də Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Üzgüçülük Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə "Kürü keçək?! - 2” açıq suda üzmə yarışı keçirilib. Su idman növlərinin təbliği, daha geniş yayılması və inkişaf etdirilməsi məqsədilə keçirilən kütləvi yarış Mingəçevirdə, Kür Olimpiya Tədris İdman Mərkəzində baş tutub. Ölkəmizin bütün rayon və şəhərlərindən üzməyi bacaran 8 yaş qrupu üzrə (12-15, 16-19, 20-29, 30-39, 40-49, 50-60, 61-70 və 70 yaşdan yuxarı) ümumilikdə 300-dən çox kişi və qadın iştirakçı finişə çatmaq üçün Kür çayının iki sahili arasında 300 metr məsafəni üzüblər. Sonda qaliblər mükafatlandırılıb.
Qeyd edək ki, bu açıq suda təşkil edilən sayca üçüncü turnirdir. İlk dəfə açıq suda üzmə yarışı ötən il iyunun 20-də Bakıda, Xəzər dənizində, ikinci dəfə oktyabrın 1-də Mingəçevirdə keçirilmişdi.