Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevirdə Kostitusiya Günü qeyd olundu

12 noyabr 2022 | 15:02

Azərbaycan Respublikasının Kostitusiya Günü münasibəti ilə Mingəçevir şəhər İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyasının Mingəçevir şəhər təşkilatı və Mingəçevir Dövlət Universiteti birgə elmi nəzəri konfrans keçirib. Konfrans iştirakçıları öncə torpaqlarımızın bütövlüyü yolunda həlak olan şəhidlərimizin xatirəsini 1 dəqiqəlik sükutla yad etdilər. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Mingəçevir Dövlət Universitetinin akt zalında İcra Aparatının məsul işçilərinin, hüquq mühafizə orqanlarının rəhbərlərinin, universitetin professor müəllim heyətinin, Yeni Azərbaycan Partiyasının Mingəçevir şəhər təşkilatının fəallarının, ictimaiyyət nümayəndələrinin, mətbuat işçilərinin iştirak etdiyi konfransı açan Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov 27 il bundan əvvəl, 1995-ci l noyabr ayının 12-də qəbul olunan Konstitusiyanın yaranma tarixindən danışdı. Azərbaycanın böhran və xaos dövründə, keçid illərində qarşılaşdığı çətinliklərdən danışaraq Ulu öndər, Ali Qanunumuzun yaradıcısı Heydər Əliyevin dövlətimizin tərəqqisi və inkişafı, gələcəyi naminə gördüyü işlərdən söz açdı. Ümummilli Liderin Konstitusiyamız haqqında dediyi fikirlərdən sitatlar gətirən şəhər rəhbəri ötən illər ərzində Ali Qanuna edilən ələvə və dəyişiklərdən bəhs etməklə, bu zamanın tələbidir, dedi: -1995-ci ildə qəbul edilən Konstitusiya Müstəqil dövlətimizin tarixində dördüncü Konstitusiyadır. Azərbaycanın Dövlət Müstəqilliyinin qəbul edildiyi ilk illər ərzində ulu öndərin böyük uzaqgörənlik və cəsarətlə həyata keçirdiyi islahatlar ölkəmizi inkişaf yoluna aparmaqla yanaşı, qanunların aliliyini təmin edən, eyni zamanda hüquqi, dünyəvi dövlət quruculuğuna yol açan yeni milli Konstitusiyanın, Ali Qanunumuzun yaranmasına imkan yaratdı. Ulu öndər Heydər Əliyev bu barədə danışarkən deyirdi: “Biz elə layihə hazırlamalı və nəhayət elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü - ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır”. Çıxışının sonunda şəhər rəhbəri Konstitusiya Günü münasibəti ilə təbriklərini çatdırdı. Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov, Yeni Azərbaycan Partiyasının Mingəçevir şəhər təşkilatının sədr müavini Bəxtiyar Mustafayev çıxışlarında qeyd etdilər ki, 5 bölmə, 12 fəsil, 158 maddədən ibarət olan Konstitusiyada insan hüquq və azadlıqlarına geniş yer verilir ki, bu da ölkəmizin demokratiya ideallarına sadiqliyinin göstəricisidir. Konfransda MDU-nun müllimləri, Aygün Qədirova “Heydər Əliyev Konstitusiyalı dövlət quruculuğunun banisidir”, Mirzə Cavadov “Müstəqil Azərbaycan tarixinin parlaq səhifəsi: mükəmməl Konstitusiya”, baş müəllim Üzeyir Zeynalov “Azərbaycan Respublikasının Konstitusiyası insan hüquq və azadlıqlarının təminatıdır” məruzəlıəri ilə çıxış etmişlər.

Keçidlər