Şriftin ölçüsü :
Saytın rəngi :
Şəhər İcra Hakimiyyəti başçısı yanında Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiyanın cari il üçün illik iş planında nəzərdə tutulmuş uşaqların maraqlarına toxunan məsələlərdə onların iştirakının təmin edilməsi sahəsində fəaliyyətin gücləndirilməsi məqsədilə N.Qasımov adına 4 nömrəli tam orta ümumtəhsil məktəbində və R.Muradov adına Texniki-Humanitar Liseydə keçirilən “Uşaq hüquqları, qanunvericilik və valideyn məsuliyyəti” adlı tədbirdə Komissiyanın aparıcı məsləhətçisi Qorxmaz Abbaszadə, Mingəçevir “Gənclər Evi” SXM-nin psixoloqu Aynaz Quliyeva, təhsil müəssisələrinin rəhbərləri, valideynlər və şagirdlər iştirak edirdilər.
Tədbirdə çıxış edən Qormaz Abbaszadə qüvvədə olan qanunvericiliyin tələbləri və uşaq hüquqları ilə bağlı geniş məlumat vermişdir. O, qeyd etmişdir ki, hər bir valideyn yaşadığı dövlətdə onun üzərinə qanunla düşən məsuliyyəti və vəzifələri anlamalı və buna uyğun addımlar atmalıdır. Psixoloq A.Quliyeva çıxış edərək uşağın böyüdülməsi, cəmiyyətdə layiqli fərd kimi yetişdirilməsində hər iki valideynin rolunun önəmli olduğunu vurğulamışdır.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır. Daha sonra uşaqlar hüquqları ilə bağlı çıxışlar etmişlər.