Mingəçevirdə İşləməyən əhali üçün maarifləndirmə tədbiri keçirib
25 iyul 2025 | 16:49
25 iyul 2025-ci il tarixdə Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi tərəfindən Mingəçevir şəhər İcra Hakimiyyəti ilə birgə istehsal və xidmət sahələrində işləməyən əhalinin hazırlanması üçün “Mülki müdafiə hazırlığının təşkil olunması, təbii fəlakət və texnogen qəzalar zamanı davranış qaydaları” mövzusunda nümunəvi maarifləndirmə tədbiri keçirilib. Tədbirin keçirilməsində əsas məqsəd mülki müdafiə hazırlığının təşkil olunması, təbii fəlakət və texnogen qəzalar zamanı əhalinin öz üzərinə düşən vəzifələrini yerinə yetirmələri üzrə biliklərini təkmilləşdirməkdən, fövqəladə hadisələrin qarşısının alınması işində operativliyin artırılmasından və əhalinin bu sahədə bilikli olmalarını təmin etməkdən ibarət olub. Tədbirdə Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsində yerləşən ictimai binaların sakinləri ilə yanaşı Aran Regional Mərkəzinin şəxsi heyəti və texnikası, Dövlət Yanğın Nəzrəti Xidmətinin Aran Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin zabitləri, Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısı Aparatının məsul əməkdaşları, Mingəçevir şəhər Polis şöbəsinin, Mingəçevir şəhər Dövlət Yanğından Mühafizə Dəstəsinin, Mİngəçevir şəhər Gigiyena Epidemiologiya Mərkəzinin, Mİngəçevir şəhər Təcili Tibbi Yardım Stansiyasının, “AzTelekom” MMC-nin Mərkəzi Aran Regional Filialının Mingəçevir şöbəsinin, Mingəçevir Elektrik Şəbəkəsinin, Tərtər Regional Qaz İstismarı idarəsi rəisinin Mingəçevir xidmət sahəsinin, Mingəçevir Sukanal idarəsinin əməkdaşları və texnikası iştirak ediblər. Toplantıda fövqəladə halların təsnifatı, o cümlədən yanğınlar, zəlzələ, torpaq sürüşməsi, sel və daşqınlar və ölkəmiz üçün xarakterik olan digər fövqəladə hadisələrlə bağlı geniş məlumat verilib, bu hadisələr zamanı zəruri davranış qaydaları barədə ətraflı danışılıb. Bundan başqa xidmət sahələrinin nümayəndələri təmsil olunduqları qrumların fövqəladə hallar zamanı fəaliyyətlərindən danışıb və sakinlərə ətraflı bilgilər veriblər. Tədbirin yekununda sakinlərin mövzular ətrafında sualları və çıxışları dinlənilib, verilmiş suallar qarşılıqlı dialoq şəklində təhlil olunub və cavablandırılıb.