Şriftin ölçüsü :
Saytın rəngi :
Mingəçevir şəhərində mütəmadi olaraq həyata keçirilən geniş miqyaslı tədbirlər sırasında ərazinin sanitar vəziyyətinin yaxşılaşdırılması, əhalinin sağlamlığının qorunması, yoluxucu xəstəliklərə qarşı profilaktik tədbirlərin görülməsi vacib yer tutur. Bir neçə gün bundan öncə binaların bloklarında kiçik ilanların görünməsi əhalidə təşviş doğurmuşdu. Mingəçevir şəhər 1 saylı mənzil istismar sahəsi üzrə M.Maqamaye,R.Rza,Sabir küçələrində ,Şəhriyar 3-4 binalarında Mingəçevir Şəhər Dezinfeksiya stansiyası ilə birgə dərmanlama işləri görülüb.
Bundan əlavə Mingəçevir Dezinfeksiya Stansiyasının mütəxəssisləri tərəfindən şəhərdə mütamadi olaraq növbəlik əsasında gündəlik dezinfeksiya, dezinseksiya, deratizasiya işləri aparılır. Mövsüm ilə əlaqədar olaraq dərmanlama işləri daha da gücləndirilib.