Mingəçevirdə “Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusunda konfrans keçirilib.
24 iyun 2023 | 17:31
İyun ayının 24-də Mingəçevir Şəhər İcra Hakimiyyətinin təşkilatlığı ilə Gənclər Evində İcra Hakimiyyəti başçısı aparatının məsul şəxslərinin, hüquq-mühafizə orqanlarının rəhbərlərinin, ictimaiyyət nümayəndələrinin, mətbuat işçilərinin, cağırış yaşlı gənclərin, Vətən müharibəsi veteranları və qazilərin iştirakı ilə “Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusunda konfrans keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq ehtiramlarını bildirmişlər. Görüşdə Ulu Öndər Heydər Əliyevin, dövlətçiliyimiz, ərazi bütövlüyümüz uğrunda şəhid olan vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Konfransda “Heydər Əliyev müasir Azərbaycan ordusunun qurucusudur” mövzusunda Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, “Ordu quruculuğunda Ulu öndər Heydər Əliyevin tarixi xidmətləri” mövzusunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şəhər şöbəsinin rəisi Rövşən Məmmədov, “Birinci Qarabağ Müharibəsi dövründə ordu quruculuğundakı çətinliklər” mövzusunda Azərbaycan Qarabağ müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri İctimai Birliyinin Mingəçevir şəhər filialının sədri Əlağa Bəndəliyev, “Müasir ordumuzda hərbi xidmətin təşkilində yeniliklər” mövzularında ehtiyatda olan mayor, qazi Pərviz Məmmədov məruzələrlə çıxış etmişlər, eyni zamanda xalqımızı qarşıdan gələn 26-iyun Silahlı Qüvvələr Günü münasibəti təbrik edərək xoş arzularını bildimişdir.
Tədbirdə çağırışçı Elvin Quliyev, ehtiyatda olan polkovnik leytenant Seymur Hidayətov, qazi Əbülfət Babayev, 6 nömrəli məktəbin hərbi hazırlıq müəllimi Aqif Musayev çıxış edərək çağırışçılara arzularını bildirməklə qarşıdan gələn 26-iyun Silahlı Qüvvələr Günü münasibəti ilə təbriklərini çatdırmışlar.