Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevirdə “Gender əsaslı zorakılıqla mübarizə” kompaniyası çərçivəsində tədbirlər davam etdirilir.

19 noyabr 2024 | 14:57

Noyabr ayının 19-da Mingəçevir şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Mingəçevir Tibb Kollecində Gender əsaslı zorakılıqla mübarizə çərçivəsində “Qadın və qızlara qarşı zorakılığa yox deyək” mövzusunda növbəti tədbir keçirilmişdir.

Tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və hümanitar məsələlər şöbəsinin baş məsləhətçisi Səbirə Yusifli, Tibb Kollecinin müəllimi Xurma Səfiyarova, akademik məsləhətçisi Güney Məmmədova mövzu ətrafında çıxışlar etmişlər. Tədbirdə çıxış edənlər bildiriblər ki, ölkəmiz öz müstəqilliyini bərpa etdikdən sonra gender bərabərliyi və qadın hüquqlarına dair beynəlxalq normalara riayət olunması ilə bağlı bir sıra öhdəliklər götürüb. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə insan hüquqlarının müdafiəsi sahəsində aparılan islahatların davamı olaraq, 2006-cı ildə qadınlarla bağlı işlərin daha mütəşəkkil və ardıcıl şəkildə aparılması, ictimai həyatın bütün sahələrində bərabər hüquqların təmin olunması sahəsində hüquqi bazanın təkmilləşdirilməsi üçün 2006-cı ildə “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında”, 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının qanunları qəbul olunmuşdur. Bu qanunların qəbul edilməsi insanların təfəkküründə yeni düşüncə tərzinin formalaşmasına təkan verərək bir çox stereotiplərin qırılmasına səbəb olmuşdur.

Həmçinin iştirakçılar zorakılığa qarşı ilk növbədə ailələrdə və orta məktəblərdə, kolleclərdə maariflənmə aparılmasının və gələcəyin sağlam ailəsinin təməlinin bu gün yetişməkdə olan sağlam dünyagörüşlü gənclər olduğu vurğulanmış, gələcəkdə baş verə biləcək hər hansı zorakılıq hallarının qarşısının alınması istiqamətində müzakirələr aparmış, görüləcək tədbirlərllə bağlı qurumların daha sıx əməkdaşlıq göstərməsi üçün təkliflərini vermişlər.

Keçidlər