Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevirdə Əsaslı təmirdən çıxarılan binalara baxış keçirildi

19 oktyabr 2023 | 18:41

Mingəçevirin şəhər statusu almasının 75 illiyi yaxınaşdıqca şəhərdə görülən işlərin miqyası da artır. Şəhər İcra Hakimiyyətinin tədbirlər planına müvafiq olaraq şəhərin bütün ərazilərində abadlıq-quruculuq işləri səngimir, sürətlə davam edir. Bu baxımdan energetiklər qəsəbəsində aparılan işlər də diqqəti cəlb edir. Burada yaşayış binalarının əsaslı təmiri, kanalizasiya xətlərinin çəkilməsi, ərazinin nümunəvi hala gətirilməsi xüsusən diqqət mərkəzindədir. Oktyabr ayının 18-də Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun rəhbərliyi ilə bu ərazilərdə görülən işlərə baxış keçirilmişdir. Energetiklər qəsəbəsindəki mənzil kommunal təsərrüfatı kombinatının direktoru Vidadi Şərifov başda olmaqla kombinatın kollektivi ərazidə tapşırıqların icrası ilə məşğul idilər. Şəhər rəhbəri baxışa ilk olaraq Cəmil Əliyev küçəsindəki 13 a nömrəli binada görülən işlərlə tanışlıqdan başladı. Kombinatın direktoru görülən işlərin miqyası haqqında şəhər rəhbərinə məlumat verdi. Burada seyf qapıları qorulmuş, binanın fasad hissələri rənglənmiş, dəhlizlərə plastik pəncərələr qoyulmuş, dam örtükləri əsaslı təmir edilmişdir. Ərazidə kanalizasiya sistemi yenidən qurulmuş, binalara birləşmələr verilmişdir. İcra başçısı diqqəti cəlb edən bir sıra nöqsanların aradan qaldırılması məqsədi ilə tapşırıqlarını vermişdir. İlk tanışlıq ərazidəki 9 a, 15 a və 17 nömrəli binalara baxışla davam etdirilmişdir. Qeyd etmək yerinə düşər ki, 9 a və 13 a nömrəli binalarda əsaslı təmir başa çatdırılmış, digər iki binada isə təmir işləri davam etdirilir. İcra Hakimiyyətinin başçısı məhəllənin digər yaşayış sahələrində də oldu, qarşıya çıxan nöqsan və çatışmazlıqların vaxtında aradan qaldırılması üçün aidiyyəti qurumların rəhbərlərinə tövsiyyə və tapşırıqlarını verdi. Xüsusən C. Əliyev küçəsindəki 7 nömrəli binanın qarşısındakı ərazidə nümunəvi məhəllənin yaradılmasının yekunlaşdırılması, eləcə də Fazil Əzimov, Yadigar Mənsimov küçələrindəki yaşayış binalarının əsaslı təmirdən sonrakı vəziyyətində qarşıya çıxan problemlərlə bağlı məsləhətlərini bildirdi.

Keçidlər