Şriftin ölçüsü :
Saytın rəngi :
2024-cü ilin iyul ayının 18-də Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Mingəçevir şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Mingəçevir şəhər İcra Hakimiyyəti, İqtisadiyyat Nazirliyinin Aran Regional Bölməsi, Dövlət Məşğulluq Agentliyi, ASK -nin nümayəndələri və yerli sahibkarların iştirakı ilə şəhərin Gənclər evinin akt zalında “Dövlət-Biznes dialoqu” (“KOB subyektləri”nin Maliyyə resurslarına çıxışla bağlı mövcud imkanlar, çətinliklər və perspektivlər) mövzusunda dövlət orqanları və sahibkarlarla görüş keçirilmiş, maliyyə resurslarına çıxışla bağlı sahibkarların problemləri dinlənilmiş, mövzu ilə bağlı dövlət orqanları tərəfindən müvafiq izahatlar verilmiş, qeydiyyatlar aparılmış və əlaqəli olaraq əməkdaşlıq edilməsi qeyd edilmişdir.
Tədbirdə qaldırılan digər məsələlərlə bağlı yeni görüşlərin təşkil olunacağı bildirilmişdir. Görüşdə 30 nəfər sahibkarların və aidiyyəti dövlət orqanlarının iştirakı təmin edilmişdir.