Mingəçevirdə "Dövlət Bayrağı Günü" qeyd edildi.
09 noyabr 2025 | 12:01
9 Noyabr Azərbaycanın Dövlət Bayrağı günü münasibəti ilə Mingəçevirin Bayraq Meydanında ədəbi-bədii kompozisiyadan ibarət tədbir keçirilib. Tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və aparatın məsul əməkdaşları, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhər Bəlıdiyyəsinin, YAP şəhər təşkilatınln, idarə və müəssisələrin rəhbərliyi və işçiləri, ictimaiyyət nümayəndələri, Mingəçevir Dövlət Universitetinin, Tibb və Turizm kollevlırinin müəllim heyəti, təhsil, səhiyyə və mədəniyyət ocaqlarınln təmsilçiləri, qazilər, mətbuat işçiləri, tələbə-gənclər iştirak ediblər. Yeniyetmə və gənclərdən ibarət parad işturakçıları üçrəngli Azərbaycan Bayrağı ilı bəzədilmiş küçələrdən keçırək möhtəşəm Bayrağımlzı meydana gətiriblər. Azərbaycan Respublikasının Dövlət Himni oxunub. Uşaq Gənclər İnkişaf Mərkəzinin müxtəlif dərnəklərinin şagirdlərinın təqdim etdiyi kompozisiya alqışlarla qarşılanlb. Vətənpərvər ruhlu şeir çələngi, rəqs nömrələri iştirakçılara bayram sevinci bəxş edib.