Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevirdə Bilik Günü qeyd olundu

15 sentyabr 2025 | 11:33

Sentyabrın 15- də ölkəmizin bütün bölgələrində olduğu kimi Mingəçevir şəhərindəki təhsil ocaqlarında da Bilik Günü qeyd olunub. Azərbaycanın Milli Qəhrəmanı Ruslan Muradov adına texniki humanitar liseydə keçirilən tədbirdə Mingəçevir şıhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov iştirak edib. Azərbaycan Respublikasınln Dövlət Himni səsıəndirilib. Ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyünun bərpa olunması uğrunda həlak olan şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad olunub. Çıxış edən liseyin direktoru Nailə Məmmədova təhsil ocağının ötən ilki uğurlarından danışaraq birinciləri, şagirdləri, müəllimləri yeni təqvim ilinin başlanması münasibəti ilə təbrik edib. İİcra Hakimiyyətinin başçısı İlham İsmayılov yeni dərs ilinin başlanması münasibəti ilə bütün pedaqoji kollektivi, şagirdləri, valideynləri təbrik edərək yeni-yeni uğurlar arzulayıb. Ölkəmizin bütün bölgələrində, həmçunin azad olunmuş ərazilərdə Bilik Gününün keçirildiyini bildirən şəhər rəhbəri ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən təhsil islahatlarından, məktəblilərin; gənclərin Azərbaycanln ləyaqətli vətəndaşı kimi yetişməsi naminə gördüyü möhtəşəm işlərdən söz açıb. Ötən tədris ilinin yekunlarının uğurlu nəticələrindən, bu liseyin 15 məzununun 600-dən yuxarı bal toplayaraq tələbə adını qazanmasından bəhs edərək nailiyyətlərin davamlı olmasını arzulayıb. Mərkəzi Aran Regional Təhsil İdarəsinin Mingəçevir Sektorunun rəisi Sevinc Həsənova bu il şəhər məktəbləri üzrə 60 sinif olmaqla 1309 nəfər şagirdin birinci sinfə qədəm qoyduğunu bildirib. Lisey üzrə 4 sinifdə 90 şagird birinci sinifdə təhsi alacaq. Şəhid valideynləri Nəhayət Həsənova, İldırım Cüməzadə təbriklərini çatdırıblar. Birincilərin rəqsıəri, şeirləri alqışlarla qarşılanıb. Və sonda birincilər ilk zəngi çalaraq sinif otaqlatına daxil olublar, ilk dərs başlayıb.

Keçidlər