Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevirdə Bayraq Günü qeyd olundu

09 noyabr 2022 | 07:56

Mingəçevirdə 9 Noyabr Bayraq günü münasibəti ilə təntənəli tədbir keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə 2009-cu ildən bəri qeyd olunan Dövlət Bayrağı Günü xalqımızın milli mənəvi dəyərlərinin təntənəsinə çevrilib. Heydər Əliyev Meydanında baş tutan tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, aparatın məsul işçiləri, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhər ictimaiyyətinin nümayəndələri, mətbuat işçiləri iştirak edirdilər. Meydana düzülmüş bayraqların ətrafında səliqə ilə toplanan Uşaq Gənclər İnkişaf Mərkəzinin müəllim və şagirdləri öz ifaları ilə tədbirə əlavə rəng qatırdılar. Mərasimdə üçrəngli bayrağımıza həsr olunmuş şeirlər söyləndi, mahnılar və rəqslər ifa olundu. Aparıcının gur səsi, şəhər gənclərinin təqdimatı əsasında 15 metr uzunluğunda, 7,5 metr enində Dövlət Bayrağımız alqış sədaları altında meydana gətirildi. Məktəblilərin ifasında təqdim olunan kompozisiya iştirakçıların razılığıl ilə qarşılandı. 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə olunan böyük Zəfər Gününün ardınca qeyd olunan sevimli Bayraq Günü xalqımızın qürur yerinə çevrilib. Əldə olunan bu böyük qələbdən sonra Bayraq Gününün qeyd olunması xalqımızın əhval ruyhiyyəsinə, milli qürur hissinə əllavə rəng qatır. Uzun illər yurdumuzun pozulmuş ərazi bütövlüyünün məhz Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun böyük şücaətlə bərpa etməsi əsrimizin böyük hadisəsinə çevrilməklə Azərbaycanın dünya ölkələri arasında nüfuzunun yüksəldilməsinə səbəb olmuşdur. Eşq Olsun Azərbaycan xalqına! Eşq Olsun Azərbaycan Ordusuna! Eşq Olsun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə! Bayramımız mübarək!

Keçidlər