Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevirdə bayram şənliyi keçirilib

30 dekabr 2023 | 16:21

Dekabr ayının 29-da Mingəçevir şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları münasibəti ilə Xarı Bülbül şadlıq sarayında bayram şənliyi keçirilib. Tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Milli Məclisin deputatı Aydın Mirzəzadə, hüquq mühafizə orqanlarının rəhbərləri, YAP şəhər təşkilatının, Mingəçevir Bələdiyyəsinin, idarə və müəssisələrin rəhbərləri və kollektivləri, şəhidlərimizin valideynləri, ailə üzvləri, əmək veteranları, qazilər, Qarabağ müharibəsi veteranları, ictimaiyyət və mətbuat nümayəndələri iştirak ediblər. Tədbir Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azad olunması yolunda həlak olan şəhidlərimizin xatirəsinin yad edilməsi ilə başlayıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov çıxış edərək 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il Bayramları münasibəti ilə təbriklərini çatdırıb. Qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin inkişafı və tərəqqisi naminə həyata keçirilən işlər dövlətimizin daha da qüdrətlənməsinə yol açıb. Azərbaycanın ərazi bütövlüyünün tam təmin olunmasından danışaraq bu yolda həlak olan şəhidlərimizə Allahdan rəhmət diləyib, qazilərimizə can sağlığı arzulayıb. Vurğulanıb ki, ölkəmizin bütün bölgələrində, azad olunan ərazilərdə, o cümlədən Mingəçevirdə uzun illərdir ki, həyata keçirilən tikinti-quruculuq işləri ən yüksək mərhələyə çatıb və təbii ki, bütün bu işlər qarşıdan gələn yeni ildə də dövlətimizin başçısının rəhbərliyi ilə uğurla davam etdiriləcəkdir. Arzum budur ki, 2024-cü il həyatınızda yeniliklər ili olsun, sağlamlıq, könül açıqlığı, xoşbəxtlik nəsibiniz olsun. Bayramınız mübarək!

Sonra Mingəçevirin ictimai həyatında fəal iştirak etdiklərinə görə bir qrup şəxsə Mingəçevir şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanı təqdim olunub. Musiqiçilərin təqdim etdiyi rəngarəng mahnılar, Mərkəzi Aran Regional Təhsil İdarəsinin Mingəçevir şəhər Uşaq Gənclər və İnkişaf Mərkəzinin şagirdlərinin rəqsləri, Şaxta baba və Qar qızın söhbətləri yaddaşlarda iz salıb.

Milli Məclisin deputatı Aydın Mirzəzadə çıxış edərək əziz bayramlar münasibəti ilə təbriklərini çatdırıb. Arzu edib ki, bu cür xoş günlər davamlı olsun, dövlətimizin uğurları bir-birini əvəz etsin, xalqımızın firavanlığı daimi olsun.

Keçidlər