Mingəçevirdə başçının növbəti səyyar qəbulu oldu
14 oktyabr 2022 | 18:13
Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti səyyar görüşü 7 nömrəli tam orta məktəbin akt zalında oldu. Şəhərin müxtəlif küçə və məhəllərindən gələn sakinlərin, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirak etdiyi görüşü açan Mİngəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov ölkə prezidenti İlham Əliyevin imzaladığı müvafiq fərmanlarına əsasən 18 ildən bəri regionlarda həyata keçirilən abadlıq-quruculuq işlərindən, əsaslı tikintinin sürətlənməsindən, yeni infrastruktir layihələrin həyata keçirlməsindən danışdı. Qeyd olundu ki, müasir layihələr çərçivısində həyata keçirilən yenidənqurma işləri vətəndaşların sosial fifah halının yaxşılaşdırılması məqsədi ilə aparılır. Dövlət Proqramları çərçivəsində Mingəçevir şəhərində ötən illər ərzində yollar asfaltlanıb, yaşayış binalarının dam örtükləri müasirləşdirilib, binaların fasad hissələri bərpa olunub, ümumi istifadə sahələri əsaslı təmir olunur. Yaradılan yeni park və istirahət sahələrində yaşıllıq zolaqlarının salınmasından, şəhərdə yaşıllığın suvarılması və qorunması üçün texniki su xətlərinin daxili imkanlar hesabına çəkilməsindən söz açan şəhər rəhbəri bu ilin sonuna qədər 50-dən artıq yaşayış binasında əsaslı təmir işlərinin başa çatdırılacağını bəyan etdi. Şəhərdə işıqlanma sisteminin müasirləşdirilməsindən danışan icra başçısı ölkə prezidenti İlham Əliyevin tapşırığına əsasən sakinlərlə keçirilən bu görüşlərin əsas məqsədinin məhz vətəndaşların qarşılaşdıqları problem və çətinliklərn öyrənilməsi və həll edilməsidir. Azad olunan ərazilərdə həyata keçirilən infrastruktir layihələr dünya dövlətlərinin bu layihələrdə iştirak etmək istəkləri dövlətimizin dünyada nüfuzunun artmasının nümayişi olduğu qeyd olundu. Çıxış edən şəhər sakinlərindən Mustafa Muradov, Qismət Əlizadə, Məmməd Qasımov, Əbülfət ƏIliyev, Muxtar Əhmədov, Arif Tağıyev, Marina Lastenka, Sevil Cəfərova, Məcid Allahdverdiyev dövlət başıçısının göstərdiyi diqqət və qayğını, Mingəçevir şəhərində həyata keçirilən quruculuq işlərini təqdir edərək minnətdarlıqlarını ifadə etdilər. Yaşayış binalarında zirzəmilərin antisanitar vəziyyət yaratmasından, şəhərin kanalizasiya sisteminin yarıtmaz fəalliyyətindən, binaların əsaslı təmirə ehtiyacı olduğundan danışdılar. Uşaqlar üçün oyun meydanlarının yaranmasının vacibliyi, təhlükəli ağacların budanmasının zəruriliyi, sahibsiz itlərin həyat üçün təhlükə yaratdığı qeyd olundu. Görüşə yekun vuran Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov qaldırılan problemlərin aradan qaldırılmasının diqqətdə saxlanılacağını bildirərək müvafiq təşkilat rəhbərlərinə tapşırıqlarını verdi.