Mingəçevirdə Anım Günü
27 sentyabr 2026 | 15:24
27 Sentyabr Anım Günü münasibəti ilə Mingəçevir Şəhidlər Xiyabanında mərasim keçirilib. Tədbirdə şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və aparatın əməkdaşları, hüquq mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərliyi və kollektivləri, şəhid, ailələrinin üzvləri, hərbçilər, qazilər, polisin şəxsi heyəti, YAP şəhər təşkilatının və şəhər Bələdiyyəsinin rəhbərliyi və üzvlıri, MDU-nun,Tibb və Turizim kolleclərinin professor – müəllim heyəti və tələbələr, təhsil, səhiyyə, mədəniyyət idarələrinin kollektivləri, ictimaiyyət nümayəndələri, mətbuat işçiləri iştirak ediblər. Şəhidlərin xatirəsinə dualar oxunub, ağac tingləri əkilib, məzarları üzərinə gül dəstəlıri düzülüb. Saat 12:00 da şəhidlərin xatirəsinə səs siqnalları verilib. Allah bütün şəhidlərimizə rəhmət eləsin