Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevirdə ANIM GÜNÜ münasibəti ilə ehsan süfrəsi açılıb

27 sentyabr 2025 | 22:23

Sentyabrın 27-də Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov ANIM GÜNÜ münasibəti ilə şəhidlərin xatirəsinə ehsan verib. Xarı Bülbül salonunda keçiriıən tədbirdə İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, şəhid ailələrinin üzvləri, qazilər, hüquq mufafizə orqanlarının, YAP şəhər təşkilatının, Bələdiyyənin, rəhbərləri, ictimaiyyət və mətbuat nümayəndələri iştirak ediblər. Şəhidlərin ruhuna dualar oxunduqdan sonra onların xatirəsi yad edilib. Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov geniş məruzə ilə çıxış edib. Ötən əsrin sonlarında erməni silahlı qüvvələrinin torpaqlarımızda etdikıəri təxribatlar, ərazilərimizin 20 faizinin işğal altında qalmasından danışaraq Ulu Öndər Heydər Əliyev tərəfindən başlanan Milli Ordu quruculuğunun formalaşmasından bəhs edib. Bildirib ki, Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti ilə davam edən bu siyasət, şanlı Ordumuzun güclənməsinə və 44 günlük Vətən müharibəsində Zəfər qazanmağımıza imkan yaradıb. 5 il bundan qabaq 27 sentyabr günü Vətən müharibəsinin başlandığı gün, Anım Günüdür. Şəhidlərimiz müqəddəsdirlər, xatirələri hər birimizin qəlbindədir. Allah şəhidlərimizə rəhmət eləsin. Mən bütün şəhidlərimizin əzizlərinə səbir diıəyirəm, qazilərimizə Allahdan can sağlığı arzu edirəm. Çıxış edən ictimaiyyət nümayəndələri, şəhid anaları, qazilər Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşən; həlak olan şəhidlərimizin, qazilərimizin qəhrənanllqlarından danışıblar. Sonra ehsan süfrəsi açıllb. Qeyd etmək lazımdır ki ANIM GÜNÜ münasibəti ilə şəhərin idarə və müəssisələrində silsilə tədburlər, elmi nəzəri konfranslar, kompozisiyalar keçirilib. Şəhər İcra Hakimiyyəti tərəfindən Vətən müharibəsi şəhidlərindən 46 ailəyə 300 manat məbıəğində maddi köməklik göstərilib.

Keçidlər