Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevirdə Ağacəkmə kampaniyası keçirildi

23 fevral 2023 | 16:09

Heydər Əliyev -100 Ağacəkmə kampaniyası keçirildi Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibəti ilə Mingəçevir şəhər İcra Hakimiyyəti tərəfindən tərtib edilmiş tədbirlər planına uyğun olaraq fevralın 23-də şəhərin Xaldan şossesi istiqamətində,Nəsimi parkının sol tərəfində ağacəkmə kampaniyası keçirilib. Tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, aparatın məsul şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların rəhbər heyəti və təmsilçiləri, mətbuat və ictimaiyyət nümayəndələri iştirak edirdilər. Ağacəkmə kampaniyasına şəhər Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin, Mənzil Kommunal Təsəttüfatı İstehsalat Birliyinin kollektivləri öz töhfələrini verməyə gəlmişdilər. Qabaqcadan əraziyə su xətləri çəkilmiş, ağacların əkimi üçün çalalar qazılmışdır. Əraziyə gətirilmiş ağaclar əsasən eldar şamlarından ibarət idi. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov tədbir iştirakçılarını salamladıqdan sonra il ərzində ağacəkmə kampaniyasının ardıcıl olaraq şəhərimizin müxtəlif ərazilərində davam etdiriləcəyini diqqətə çatdırdı. Cənab Prezident İlham Əliyevin sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” olduğunu xüsusilə vurğuladı. Sonra ağacəkmə kampaniyasına start verildi. Qeyd etmək yerinə düşər ki, il ərzində şəhərin müxtəlif ərazilərində 500 ədədə yaxın ağac tinglərinin əkilməsi nəzərdə tutulur. Start verilən ərazidə isə aksiya iştirakçıları 200 ədəd eldar şamı əkdilər. Bu məqsədlə əvvəlcədən burada görülmüş işlərin həcmi daxilində ağac əkilməsi üçün sahəyə 10 min kub torpaq tökülmüşdür.

Keçidlər