Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevirdə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramları qeyd edildi.

31 dekabr 2024 | 15:21

Dekabrın 29-da Mingəçevir şəhər İcra Hakimiyyətinin təşkilatçılığı Xarı Bülbül şadlıq salonunda 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramları münasibəti ilə ziyafət təşkil olunub. Əvvəlcə torpaqlarımızın azad olunması uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun və aparat kollektivinin, hüquq-mühafizə orqanlarının rəhbərlərinin, şəhər Bələdiyyəsinin, YAP şəhər təşkilatının rəhbərliyinin və üzvlərinin, idarə və müəssisələrin təmsilçilərinin, Mingəçevir Dövlət Universitetinin, Tibb Kollecinin, Turizm Kollecinin əməkdaşlarının, mətbuat işçilərinin, müharibə və əmək veteranlarının, şəhid ailələrinin üzvlərinin, qazilərin, ictimaiyyət nümayəndələrinin, təhsil, səhiyyə, idman müəssisələrinin təmsilçilərinin iştirak etdiyi bayram tədbirində mədəniyyət işçilərinin təqdim etdiyi musiqi sovqatı alqışlarla qarşılanıb. Uşaq Gənclər İnkişaf Mərkəzinin şagirdlərinin rəngarəng rəqsləri iştirakçıların qəlbində xoş duyğular yaradb. Təbrik nitqi ilə çıxış edən Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov xalqımıza, mingəçevirlilərə xoş arzularını çatdırıb. Qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin təsis etdiyi 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü hər il təkcə Azərbaycanda deyil, həm də dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız tərəfindən təntənəli şəkildə qeyd olunur. Cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə inkişaf yolunda inamla irəliləyən, dünya dövlətləri arasında nüfuz qazanan, qalib dövlət kimi söz sahibi olan Azərbaycan bundan sonra da uğurları ilə xalqımızı sevindirəcəkdir. Qoy yurdumuzda hər zaman sülh və firavanlıq olsun, xalqımız əmin-amanlıq işərisində yaşasın, yüksək əhval ruhiyyəli hadisələrlə üzləriniz gülsün, könülləriniz şadlansın. Bayramınız mübarək. Tədbirdə şəhərin ictimai-iqtisadi həyatında xidmətləri ilə fərqlənən bir qrup şəhər sakininə Mingəçevir şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanı və hədiyyələr təqdim olunub.

Keçidlər