Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevirdə 2025-ci ilin yekunları, 2026-cı ildə qarşıda duran vəzifələr barədə hesabat yığıncağı keçirilib.

28 yanvar 2026 | 12:29

Yanvarın 27-də Mingəçevir şəhərinin 2025-ci ildə sosial-iqtisadi imkişafının yekunları və şəhər İcra Hakimiyyəti başçısının hesabat yığıncağı keçirilib.

Tədbir öncəsi Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülərək ehtiram ifadə edilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azad olunması uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

MDU-nun akt zalında keçirilən yığıncaqda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-Təşkilat Məsələləri Şöbəsinin 3-cü ərazi sektorunun müdiri Vəfadar Bağırov, millət vəkilləri Aydın Mirzəzadə, Əli Hüseyinli, YAP şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev, şəhərin hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhər icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, təhsil, səhiyyə, mədəniyyət və digər müəssisələrin rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Yığıncaqda geniş məruzə ilə çıxış edən Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov qeyd edib ki, 2025-ci il iqtisadi inkişaf baxımından ölkəmiz üçün uğurlu olmuşdur. Belə ki, il ərzində ölkədə 129,1 milyard manatlıq və ya 2024-cü illə müqayisədə 1,4 faiz çox ümumi daxili məhsul istehsal olunmuş, xüsusilə qeyri-neft sektorunda bu artım 2,7 faiz təşkil etmişdir. 2025-ci il Azərbaycan iqtisadiyyatı üçün təkcə statistik göstəricilərlə ölçülən bir dövr deyil, eyni zamanda keyfiyyətcə yeni inkişaf mərhələsinə keçidin başlanğıcı kimi tarixə düşdü. Bu gün Azərbaycan iqtisadiyyatı xarici maliyyə asılılığından tam azaddır. Şəhər rəhbəri regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində və Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Mingəçevir şəhərində həyata keçirilən layihələrdən söz açıb. Bildirib ki, 2025-ci ilin ötən dövrü ərzində əldə olunmuş yüksək sosial-iqtisadi göstəricilər, dinamik inkişafına öz müsbət təsirini göstərmişdir. Belə ki, hesabat dövründə şəhərin sənaye müəssisələrində 413,6 milyon manatlıq məhsul istehsal olunmuşdur ki, bu da ötən il ilə müqayisədə 89,9 milyon manat çoxdur. Həyata keiçrilən tikinti-quruculuq işlərindən, yerli gəlirlərdən və yerli xərclərdən, müəssisələrdə aparılan modernləşmə və əsaslı yenidənqurma işlərindən, sənaye müəssisələrindəki məhsul istehsalından söz açılıb. Nailiyyətlərdən bəhs etməklə yanaşı mövcud nöqsan və çatışmazlıqları, problemləri də diqqətə çatdırıb. Təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin bəzilərinin cari və əsaslı təmirə ehtiyacı olduğu bildirilib.

Vətəndaşlarla keçirilən səyyar görüşlərdən və qəbullardan, ölkə Prezdentinin tapşırığı ilə şəhid ailələrinə, qazilərə, onların övladlarna göstərilən diqqət və qayğıdan da söz açılıb. Əsasən şəhərin kommunal xidmət müəssisələrinin fəaliyyətinə toxunan şəhər rəhbəri il ərzində icra olunan əsaslı təmir və quruculuq işlərindən danışıb. Məhəllələrin abadlaşdırılması, vətəndaşların istirahəti və rifah halının yaxşılaşdırılması məqsədi ilə reallaşan layihələrdən, yaşayış binalarının ümumi istifadə sahələrinin təmir olunmasından, yaradılan nümunəvi məhəllələrdən, uşaq və gənclər üçün idman və əyləncə qurğularının yerləşdirilməsindən, idman meydançalarının hazırlanmasından, müasir kanalizasiya xəttinin çəkilməsindən, işıqlandırma sisteminin yenidən qurulmasından, küçələrin asfalt örtüyü və tamet plitələrlə döşənməsindən və bu kimi digər işlərdən danışan icra başçısı bu işlərin cari ildə də davam etdirildiyini bildirib.

Ötən il iyun ayının 24-də cənab Prezident İlham Əliyevin Mingəçevirə səfərindən, “Azərbaycan İES” MMC-nin ərazisində 1880- meqavat gücündə yeni Elektrik Stansiyasının istifadəyə verilməsindən bəhs edən İlham İsmayılov bunun cənab Prezidentin şəhərimizə göstərdiyi diqqət olduğunu vurğulayıb. 2026-cı il üçün hazırlanmış tədbirlər planı da yığıncaq iştirakçılarının diqqətinə çatdırılıb.

Məruzə ətrafında “Azərbaycan İES” MMC-nin direktoru Təhmasib Hüseynov, Sukanal İdarəsinin rəisi Elmar Əhmədov, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Yevlax Regional İdarəsinin müdir əvəzi Elvin Zakirov, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası PHŞ-in direktoru Ülfət Qurbanov, Mənzil Təsərrüfatı İstehsalat Birliyinin rəisi Şəhriyar Mustafayev, Mingəçevir Bələdiyyəsinin sədri Anar İsmayılov rəhbərlik etdikləri qurumun fəaliyyətindən və problemlərdən, cari ildə görüləçək işlərdən bəhs ediblər. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-Təşkilat Məsələləri Şöbəsinin 3-cü ərazi sektorunun müdiri Vəfadar Bağırov və millət vəkili Aydın Mirzəzadə cənab Prezidentin rəhbərliyi ilə əldə edilən nailiyyətlərdən, ölkəmizin tərəqqisindən, uğurlarından, beynəlxalq aləmdə qazandığı nüfuzdan və xüsusən regionlara göstərdiyi diqqətdən söz açaraq Mingəçevirdə həyata keçirilən işləri təqdir ediblər.

İctimaiyət nümayəndələrinin sualları cavablandırılıb.

Yığıncaqda hesabat məruzəsi ilə bağlı fikir və təkliflər əlavə edilməklə qərar layihəsi qəbul olunub. Şəhər ictimaiyyəti adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlanıb.

Tədbirə yekun vuran Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov bundann sonra da məsuliyyətlə çalışacaqlarını bildirərək hər kəsi cənab Prezidentin ətrafında sıx birləşməklə ölkəmizin inkişafı naminə fəaliyyət göstərməyə çağırıb.

Keçidlər