Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevirdə 2025-ci ildə şəhərdə həyata keçiriləcək abadlıq-quruculuq və əsaslı təmir işləri ilə bağlı hazırlanmış tədbirlər planının təqdimatı olub.

14 fevral 2025 | 16:50

Fevral ayının 14-də Mingəçevir şəhər İcra Hakimiyyətinin müşavirə zalında keçirilən tədbirdə şəhər İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, kommunal xidmət müəssisələrinin rəhbərləri, əmək veteranları, ictimaiyyət nümayəndələri, mətbuat işçiləri iştirak edirdi.

İclası açan icra başçısı İlham İsmayılov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı fərman və sərəncamlara, tapşırıqlara əsasən bütün bölgələrdə, o cümlədən Mingəçevirdə aparılan genişmiqyaslı təmir və quruculuq işlərindən geniş şəkildə bəhs edib.

Toplantıda Maliyyə İdarəsinin müdiri Sultan Əsədov, başçının müavini, şəhər təsərrüfatı üzrə şöbə müdiri Məhluqə Cavadova, ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rəsul Paşayev, memarlıq və tikinti şöbəsinin müdiri, Baş memar Etibar Abdllayev çıxış edərək tədbirlər planı barədə məlumat veriblər. Diskussiya şəraitində keçən toplantıda suallar cavablandırılıb, təkliflərə münasibət bildirilib.

Sonda icra başçısı İlham İsmayılov; - “Əsas məqsədimiz Mingəçeviri gözəlləşdirmək, vətəndaşların mənalı istirahəti üçün şərait yaratmaqla rifah halını yaxşılaşdırmaqdır. Bu işdə şəhərimizin bütün xidmət müəssisələrinin işçiləri ürəklə çalışırlar. Ümidlə demək olar ki, yeni layihələrimiz yenə uğurla icra olunacaqdır”, deyərək iclasa yekun vurub.

Keçidlər