Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevirdə 20 Yanvar Hüzn günü qeyd olundu

20 yanvar 2024 | 13:04

Hər il olduğu kimi bu il də Mingəçevir şəhər İcra Hakimiyyətinin tərtib etdiyi tədbirlər planına uyğun olaraq 20 Yanvar faciəsi böyük izdihamla qeyd olunub. 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə sovet imperiyasının Bakı şəhərinə və ölkəmizin bir çox bölgələrinə silahlı hücumunun 34-cü ildönümü Mingəçevir şəhərində hüznlə keçirilib. Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizəyə qalxan günahsız və əliyalın insanların üzərinə tanklar və böyük silah texnikalrarı ilə hücum edən azğınlaşmış imperiya ordusu həmin gecə dəhşətli soyqırım törətsə də xalqımızım azadlıq amalına mane ola bilmədi. Yurdumuz müstəqillik əldə etdikdən sonra bu qanlı faciə yaddaşlardan silinməyib, əksinə, xalqımızın şərəf tarixinə çevrilib. Hər il Azərbaycanın bütün bölgələrində və dünyada hüzn günü xalqımız tərəfindən ehtiramla yad olunur. Bu məqsədlə əvvəlcədən şəhərin Şəhidlər Xiyabanı ərazisində 20 Yanvar Abidə-kompleksinin ətrafı tam abadlaşdırılaraq qaydaya salınmış, insanların ziyarəti üçün hər cür şərait yaradılmışdır. Qeyd etmək yerinə düşər ki, şəhərin idarə, müəssisə və təşkilatlarnda 20 Yanvar faciəsinə həsr olunmuş anım tədbirləri keçirilmişdir. Mingəçevir Dövlət Dram Teatrının yaradıcı kollektivi isə faciə ilə bağlı ədəbi-bədii kompozisiya hazırlayaraq təqdim etmişdir. 20 Yanvar, hüzn günü səhər saatlarında Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, aparatın məsul şəxsləri, YAP şəhər təşkilatının rəhbərliyi və fəalları, hüquq-mühafizə orqanlarının rəhbərləri və əməkdaşları, şəhid ailələrinin üzvləri, əzizləri, Qarabağ müharibəsi veteranları, əlilləri və qazilər, idarə, müəssisə və təşkilatların kollektivləri, Mingəçevir Bələdiyyəsinin rəhbərliyi və kollektivi, Mingəçevir Dövlət Universitetinin, Turizm və Tibb Kolleclərinin müəllim və tələbələri, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin işçiləri, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəhbərliyi və təmsilçiləri, idmançılar, mətbuat və ictimaiyyət nümayəndələri, Azərbaycan Respublakası müharibə, əmək və silahlı qüvvələr, hüquq mühafizə veteranları şurası şəhər şöbəsinin nümayəndələri Şəhidlər Xiyabanına gələrək şəhidlərimizin xatirəsinə ehtiram əlaməti olaraq 20 Yanvar Abidə-kompleksinin önünə əklil və gül dəstələri qoymuşlar. Torpaqlarımızın qorunması və azadlığı uğrunda həlak olan şəhidlərimizin xatirəsinə dualar oxunub, məzarları ziyarət olunub, gül dəstələri qoyulub. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Keçidlər