Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir Turizm Kollecində ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar müəllim və tələbələrin iştirakı ilə dəyirmi masa keçirilib.

18 aprel 2023 | 11:33

Mingəçevir Turizm Kollecində Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar müəllim və tələbələrin iştirakı ilə "Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü", "Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir!" adlı dəyirmi masa keçirilib. Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi yad olunub. Çıxışçılar qeyd ediblər ki, üstün zəkaya, nadir siyasi qabiliyyətə və mükəmməl dövlət idarəetməsinə görə ad qazanmış Ulu Öndər Heydər Əliyev nəinki postsovet məkanında, Türk dünyasında, eləcə də bütün dünyanın diqqət mərkəzində idi. Onun hadisələri dolğun proqnozlaşdırmaq qabiliyyəti və dərin düşüncəsi sayəsində Azərbaycan bu qədər güclənə və özünü təsdiqləyə bildi. Bu gün bütün azərbaycanlılar Azərbaycan dövlətinin varlığı üçün o böyük insana əbədi olaraq borcludurlar. Ümummilli Lider Heydər Əliyevin mükəmməl analiz qabiliyyəti, dövlətçilik təcrübəsi, uzaqgörənliyi ona ölkəmizi idarə etdiyi dövrdə ən obyektiv və optimal qərarlar verməyə imkan yaradıb. Dövlətçilik bacarığı və respublika təsərrüfatını dərindən bilməsi qarşıya qoyulmuş məqsədlərə çatmasında ona kömək oldu. Çıxışçılar Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə qəbul olunan tədbirlər planı çərçivəsində işlərin uğurla həyata keçirildiyini bildiriblər.

Keçidlər