Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir Turizm Kollecində “MİNGƏÇEVİR ODİSSEYASI” kitabının təqdimatı keçirilib

03 noyabr 2023 | 13:56

Noyabr ayının 3-də Mingəçevir Turizm Kollecində Mingəçevir Dövlət Univeristinin dosenti, filologiya üzrə fəlsəfə doktoru, əməkdar müəllim Mayıl İsmayılovun tərtib etdiyi “MİNGƏÇEVİR ODİSSEYASI” kitabının təqdimatı keçirilib. Tədbiri giriş sözü ilə açan Turizm Kollecinin direktoru Kamal Əhmədov qonaqları salamladıqdan sonra Mingəçevirin 75 illiyinə həsr olunan tədbirlər silsiləsində əməkdar müəllim Mayıl İsmayılovun yeni kitabının təqdimatı ilə əlaqədar öz fikirlərini bölüşdü və qeyd etdi ki, bu gün Mingəçevir respublikamızın ən gözəl, ən perspektivli şəhərlərindən biridir. Və bu şəhərdə yazıb yaratmaq, quruculuq işləri ilə məşğul olmaq üçün hər cür şərait vardır. Mayıl müəllimin tərtib etdiyi bu kitab da şəhərimizin yubileyi üçün bir hədiyyədir. Tədbirdə iştirak edən qonaqlar kollecin müəllim və tələbələrinə təqdim olundu. Qonaqlardan Mayıl İsmayılov,Tahir Məmmədov, Ağagül Əliyev, Əşrəf Əsgərov, Rizvan Mikayıllı, Yusuf Ələkbərov, Fərman Nəbiyev, Mirsədi Daşdəmirov və başqaları çıxış edərək şəhərimizin yubileyi ilə əlaqədar onun yaranma tarixindən və “Mingəçevir Odisseyası” kitabı haqqında fikirlərini bölüşdülər. Müləllif Mayıl İsmaylov kollecə kitab hədiyyə etdi. Qeyd edək li, 410 səhifəlik kitabda Mingəçevirdə qurub-yaradan, həyatda olan və dünyasını dəyişən insanların keçdiyi həyat yolu haqqında xatirələr, onların ədəbi-bədii yaradıcılığından nümunələr, elm adamlarının, yazarların, jurnalistlərin publisistik yazıları toplanaraq ensiklopedik nəşr hazırlanmışdır. Kitab “Elm və Təhsil” nəşriyyatında nəfis şəkildə çap olunmuşdur.

Keçidlər