Mingəçevir Turizm Kollecində "Erkən nikah problemi və ona qarşı mübarizə yolları” mövzusunda treninq keçirilib.
Oktyabrın 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsi və Mingəçevir Turizm Kollecinin birgə təşkilatçılığı ilə Uşaq hüquqları aylığı çərçivəsində “Uşaq hüquqlarının qorunması: "Erkən nikah problemi və ona qarşı mübarizə yolları” mövzusunda treninq keçirilib. Tədbirdə Mingəçevir Turizm Kollecinin direktoru Kamal Əhmədov, DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Əlisa Fərəcov, Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Taryel Şükürov, Mingəçevir şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Ədalət Quliyeva və metodisti Ülviyyə Kərimova, Mingəçevir Valideynlər Assosiasiyası İctimai Birliyinin icraçı direktoru Yeganə Nəbiyeva və İdarə Heyətinin üzvü Aynur Quliyeva, kollecin müəllim və tələbə kollektivi iştirak ediblər.