Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir Turizm Kollecində "Azərbaycanda Turizm sektorunun inkişafında Ulu Öndər Heydər Əliyevin əvəzsiz rolu" mövzusunda nəzəri konfrans keçirilib.

03 avqust 2023 | 15:05

Mingəçevir Turizm Kollecinin direktoru Kamal Əhmədov iştirakçıları salamlayaraq konfransı açıq elan edib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Çıxış edən kollecin direktoru Kamal Əhmədov Ulu Öndərin xalqımızın taleyində oynadığı misilsiz rolundan, dünya şöhrətli siyasi xadimin öz müdrik fəaliyyəti ilə müasir tariximizin ən şanlı və parlaq salnaməsini yaratmasından, 1969-cu ildən başlayaraq Azərbaycan iqtisadiyyatının gücləndirilməsi Ulu Öndərimizin siyasi xəttinin əsasını təşkil etməsindən, Ümummilli liderin dövlətçilik konsepsiyasının Azərbaycanın tarixi ənənələrini və müasir Avropa dəyərlərini özündə birləşdirən yeni inkişaf modeli olmasından bəhs edərək, konfrans iştirakçılarını Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx izləməyə dəvət edib. Daha sonra Mingəçevir Turizm Kollecinin Tədris işləri üzrə direktor müavini Aynurə Abbasova "Azərbaycanda turizmin inkişafı Ulu Öndərin adı ilə bağlıdır" adlı məruzəsində qeyd edib ki, dünyanın bir çox ölkələrində ümumi daxili məhsulun formalaşmasında, yeni iş yerlərinin yaradılmasında və əhalinin məşğulluğunun təmin edilməsində, xarici ticarət balansının aktivləşdirilməsində əhəmiyyətli rol oynayan turizmin ölkəmizdə inkişafı da məhz Heydər Əliyev dühasının bariz nümunəsidir. Heydər Əliyev Azərbaycan Kommunist Partiyası MK-nın birinci katibi seçildikdən sonra digər sahələr kimi insanların istirahətinin təmin edilməsinə də xüsusi diqqət yetirirdi. Sosial, iqtisadi və texniki FBK-nın sədri, iqtisadiyyat müəllimi Abbasova Xəyalə "Azərbaycanda qeyri neft sektorunun inkişafında Ulu Öndər Heydər Əliyevin rolu" adlı məruzəsində qeyd edib ki, Heydər Əliyevin qeyri-neft sektorunda böyük təşkilatçılıq fəaliyyəti, həyata keçirdiyi qəti tədbirlər nəticəsində kənd təsərrüfatı istehsalının əsaslı yüksəlişinin təməli qoyuldu. Respublikamızda aqrar islahatların hüquqi bazasının yaradılması, onun təşkili və həyata keçirilməsində Heydər Əliyev misilsiz xidmət göstərdi. Mingəçevir Turizm Kolleci Turizm fənn birliyinin sədri Samir Zamanov "Heydər Əliyev 2002-2005 ci illər üçün turizmin inkişafının Dövlət Proqramı" adlı çıxışında Heydər Əliyevin təşəbbüsü ilə təsdiq olunmuş 2002-2005 ci illər Turizm inkişafı proqramının əhəmiyyətindən, vəzifələrindən, görülən tədbirlərdən və nəticələrindən bəhs edib. O, həmçinin Heydər Əliyevin turizmin inkişafı üçün ölkəmizdə hər cür şərait yaratdığını, Azərbaycan Respublikasının nadir təbii-iqlim xüsusiyyətləri, landşaftı, Xəzər dənizinin günəşli çimərliklərə və ən uzun çimərlik mövsümünə malik olması Azərbaycanda turizm sənayesinin mühüm ehtiyat mənbələri olduğunu bildirib. Mingəçevir Turizm Kollecinin turizm müəllimi Elşad Səmədov "İşğaldan azad olunmuş ərazilərdə Turizm perspektivləri və görülən işlər" adlı məruzəsində bildirib ki, üstün zəkaya, nadir siyasi qabiliyyətə və mükəmməl dövlət idarəetməsinə görə ad qazanmış Ulu Öndər Heydər Əliyev nəinki postsovet məkanında, Türk dünyasında, eləcə də bütün dünyanın diqqət mərkəzində idi. Onun hadisələri dolğun proqnozlaşdırmaq qabiliyyəti və dərin düşüncəsi sayəsində Azərbaycan bu qədər güclənə və özünü təsdiqləyə bildi. Bu gün bütün azərbaycanlılar Azərbaycan dövlətinin varlığı üçün o böyük insana əbədi olaraq borcludurlar.

Keçidlər