Şriftin ölçüsü :

Saytın rəngi :

Mİngəçevir Tibb Kollecində 2 fevral - “Gənclər Günü” münasibətilə dəyirmi masa keçirildi.

31 yanvar 2023 | 10:07

Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibəti ilə Mİngəçevir şəhərində silsilə tədbirlər həyata keçirilir. Belə tədbirlərdən biri yanvarın 31-də Mİngəçevir Tibb Kollecində YAP şəhər təşkilatı və 14 saylı ərazi partiya təşkilatı Tibb Kolleci ilə birgə 2 fevral Gənclər Günü münasibətilə “Heydər Əliyev və Azərbaycan Gəncliyi” mövzusunda dəyirmi masanın təşkil edilməsi idi. YAP Mingəçevir şəhər təşkilatı və Mİngəçevir Tibb Kollecinin birgə təşkil etdiyi tədbir iştirakçıların böyük marağına səbəb olub. Tədbiri açan Mİngəçevir Tibb Kollecinin direktoru Fikrət Zeynalov qeyd etmişdir ki, 2023-cü il bizim üçün ən əlamətdar hadisələrlə zəngindir. Başlıcası cənab Prezidentimizin Sərəncamı ilə “2023-cü il Heydər Əliyev” ili kimi qeyd olunmuşdur. Eyni zamanda 2 fevral ayının 2-si Azərbaycan Gəncləri Günüdür. Bu münasibəti YAP Mingəçevir şəhər təşkilatı ilə birgə Dəyirmi Masa keçirməyi qərara aldıq. Bu günkü tədbirimizdə YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev ilə yanaşı 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə şücaət göstərərək öz vətəndaşlıq borclarını yerinə yetirən qazilərimiz də iştirak edir. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı arzulayırıq. Tədbirdə YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev geniş məlumatla çıxış edərək ulu Ulu öndər Heydər Əliyevin həyat yoluna nəzər saldı, Gənclər Gününün yaranması ilə əlaqədar ölkə rəhbəri möhtərəm Prezidentimiz İlham Əliyevin diqqət və qayğısından bəhs etdi. O ölkə gənclərinə hər bir sahədə hörmətlə yanaşıldığını, onların daha məsul vəzifələrə irəli çəkildiyini nəzərə çatdırdı. Bu gün Azərbaycanın inkişafında, yüksəlişində gənclərin xüsusi xidmətləri olduğunu dedi. 44 günlük Vətən müharibəsində vətənpərvərlik ruhu ilə döyüşən əsgər və zabitlərimizin qəhrəmanlıq yoluna nəzər saldı. Qeyd etdi ki, bu günkü görüşə gəlmiş qazlilərimiz də bu şərəfli yolu məharətlə keçiblər . Bu gün təhsildə, əmək cəbhəsində yorulmadan çalışan gənclərimiz vətənimizin inkişafına öz layiqli töhfələrini verirlər. Biz bir nəfər kimi cənab prezidentin ətrafında birləşərək ölkəmizin daha böyük inkişafına çalışırıq. O, gəncləri 2 fevral gənclər günü münasibəti ilə təbrik etdi, onlara yeni-yeni yaradıcılıq uğurları arzuladı. Sonra gənclərdən Turanə Tağıyeva, Toğrul Abduillayev, Pərviz Məmmədov çıxış edərək ulu öndərin 100 illiyinin keçirilməsi ilə əlaqədar öz fikir və arzularını bildirdilər, onun qoyduğu irsin layiqincə yerinə yetirilməsində əməli işlər gördüklərini diqqətə çatdırdılar. Çıxışlardan sonra Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə və 2 fevral Gənclər gününə həsr olunmuş videoçarx nümayiş olundu. Yığıncaqda iştirak edən gənclərin bir qrupuna YAP şəhər təşkilatının təşəkkürnamələri və YAP üzvlüyünə vəsiqələr təqdim olundu.

Keçidlər