Şriftin ölçüsü :
Saytın rəngi :
Mingəçevir Sukanal idarəsinin rəhbərliyi məlumat üçün bildirir ki, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən təsdiq edilmiş qrafikə əsasən 04 oktyabr 2023-cü il tarixdə idarənin istismarında olan və tutumu 10 minkubmetr təşkil edən 1 sayda mərkəzi su anbarının (K.Hüseynov küçəsi) yuyulması və zərərsizləşdirilməsi nəzərdə tutulmuşdur. Buna görə də, qeyd edilən tarixdə yuyulma və zərərsizləşdirmə işləri başa çatdırılana qədər içməli su verilişi tərəfimizdən qismən azaldılacaqdır.
Odur ki, nəzərə almağınızı xahiş edirik.