Şriftin ölçüsü :
Saytın rəngi :
İyulun 30-da Mingəçevir şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə əlaqədar “Mingəçevir şəhərinin memarlıq ənənələri” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə Mingəçevir şəhər Bələdiyyəsinin nümayəndələri iştirak ediblər. Çıxışlarda şəhərsalmanın əhəmiyyəti, Mingəçevir şəhərinin keçdiyi inkişaf yolu, memarlıq ənənələri və gələcək perspektivləri haqqında fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, şəhərsalma və memarlıq irsinin qorunması şəhərlərin davamlı inkişafında mühüm rol oynayır.