Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhərində yerləşən ümumi təhsil müəssisələrində məzunlar üçün “Son zəng” çalınıb.

14 iyun 2023 | 18:43

İyunun 14-də Mingəçevir şəhərinin bütün ümumtəhsil məktəblərində olduğu kimi, Təbiət, riyaziyyat və humanitar elmlər təmayüllü liseydə də 2022- 2023-cü tədris ilinin “Son zəng” mərasimi keçirilib. Bu il liseyi 4 sinif üzrə 72 məzun bitirir. Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən liseyin direktoru Aidə İsmayılova il boyu əldə olunan uğurlardan söhbət açdı, şəhərin ictimai-siyasi həyatında yaxından iştiraklarını dilə gətirdi. Tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov çıxış edərək, cənab Prezident İlham Əliyevin təhsilimizə göstərdiyi diqqət və qayğıdan danışdı. Şəhər liseyinin əldə etdiyi naliyyətlərə toxunan şəhər rəhbəri bu nəticələrin əldə olunmasında əməyi olan lisey kollektivinə təşəkkürünü bildirdi, məzunları təbrik edərək uğurlar arzuladı. Tədbirdə Mərkəzi Aran Regional Təhsil İdarəsinin Mingəçevir şöbəsinin sektor müdiri Sevinc Həsənova və valideynlər çıxış edərək təbriklərini çatdırmışlar. Mərasim on birincilərin şən rəqsləri və mahnı ifaları ilə davam etmişdir. Təhsildə yüksək naliyyətlərə sahib olan müəllim və şagirdlərə təhsil sektorunun və liseyin fəxri fərmanları təqdim olunmuşdur.

Keçidlər