Mingəçevir şəhərində Vətən müharibəsi şəhidi İsmayılov Vüqar Eldar oğlunun doğum günündə xatirəsi anılıb.
15 sentyabr 2022 | 15:05
Vətən müharibəsində cəbhənin Tərtər istiqamətində döyüş əməliyyatlarında iştirak edərək Suqovuşanın azad olunması uğrunda döyüşlərdə şəhid olan İsmayılov Vüqar Eldar oğlunun məzarı 15 sentyabr 2022-ci il tarixində Mingəçevir şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Seymur Hidayətov, Yeni Azərbaycan Partiyasının şəhər təşkilatının sədr müavini Bəxtiyar Mustafayev, Qarabağ Müharibəsi Əlilləri , Veteranları və Şəhid ailələri ictimai Birliyinin şəhər şöbəsinin sədr müavini Pərviz Məmmədov, şəhid ailələri, yaxınları və digər ziyarətçilər tərəfindən Mingəçevir Şəhidlər Xiyabanında ziyarət olunub, məzarına gül dəstəsi qoyulub və xatirəsi ehtiramla yad edilib. Şəhidlərimizin ruhuna ilahiyyatçılar tərəfindən dualar oxunub. Mingəçevir şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Seymur Hidayətov şəhər İcra Hakimiyyəti Başçısı adından Azərbaycan Respublikasının azadlığı, suverenliyi, ərazi bütövlüyü, torpaqlarımızın müdafiəsi və işğaldan azad olunması uğrunda həlak olan şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına səbr diləyib. Şəhid atası Eldar İsmayılov da 1-ci Qarabağ müharibəsi veteranı kimi keçdiyi döyüş yolundan bəhs edib və oğlununda torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhid olmasından danışıb. Digər ziyarət iştirakçılarımız şəhidimizlə bağlı öz xatirələrini bölüşüblər. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən şəhid İsmayılov Vüqar Eldar oğlu ölümündən sonra “Vətən uğrunda”, və “ Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunublar. Allah şəhidlərimizə rəhmət etsin!