Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhərində Vətən müharibəsi şəhidi Əhmədov Yasən Yelmar oğlunun doğum günündə xatirəsi anılıb.

15 sentyabr 2022 | 14:57

Vətən müharibəsində cəbhənin Tərtər istiqamətində döyüş əməliyyatlarında iştirak edərək Suqovuşanın və Talış kəndinin azad olunması uğrunda döyüşlərdə şəhid olan baş gizir Əhmədov Yasən Yelmar oğlunun məzarı 16 sentyabr 2022-ci il tarixində Mingəçevir şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Seymur Hidayətov, Ağdam Rayon İcra Hakimiyyətinin əməkdaşları , Qarabağ Müharibəsi Əlilləri , Veteranları və Şəhid ailələri ictimai Birliyinin şəhər şöbəsinin sədr müavini Pərviz Məmmədov, İctimayət nümayəndələri, şəhid ailələri, yaxınları və digər ziyarətçilər tərəfindən Mingəçevir Şəhidlər Xiyabanında ziyarət olunub, məzarına gül dəstəsi qoyulub və xatirəsi ehtiramla yad edilib. Şəhidlərimizin ruhuna dualar oxunub. Mingəçevir şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Seymur Hidayətov şəhər İcra Hakimiyyəti Başçısı adından Azərbaycan Respublikasının azadlığı, suverenliyi, ərazi bütövlüyü, torpaqlarımızın müdafiəsi və işğaldan azad olunması uğrunda həlak olan şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına səbr diləyib. Şəhidin həyat yoldaşı Aygün xanım Yasən Əhmədovun Azərbaycan Silahlı Qüvvələrində 25 ilə yaxın xidmət etdiyini, 1-ci Qarabağ müharibəsi, 2016-cı ilin Aprel döyüşləri və 44-günlük Vətən müharibəsindəki iştirakından danışıb. Tədbirdə şəhidin bacıları qardaşının keçdiyi döyüş yolundan söz açıblar. Digər ziyarət iştirakçıları şəhidimizlə bağlı öz xatirələrini bölüşüblər. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən şəhid Əhmədov Yasən Yelmar oğlu ölümündən sonra “Vətən uğrunda”, “ Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” və “3-cü dərəcəli vətənə xidmətə görə” medalları ilə təltif olunublar. Allah şəhidlərimizə rəhmət etsin!

Keçidlər