Şriftin ölçüsü :
Saytın rəngi :
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Triatlon Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təşkilatçılığı, “Smartscoring”in dəstəyi ilə sentyabrın 3-də Mingəçevir şəhərində triatlon üzrə Azərbaycan çempionatı keçirilib. Həm fərdi, həm də komanda formatında baş tutan yarışda idmançılar əvvəlcə 1500 metr üzüblər, sonra 40 km velosiped sürüblər, sonda isə 10 km qaçıblar.
Yarışların sonunda qaliblərin mükafatlandırılması keçirilib. Mükafatları qalib idmançılara gənclər və idman naziri Fərid Qayıbov, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Azərbaycan Triatlon Federasiyasının prezidenti Fərid Fərhadzadə və digər rəsmi şəxslər təqdim ediblər.