Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhərində təmir işləri aparılan çoxmənzilli binalara ictimai baxış keçirildi

19 avqust 2025 | 16:52

Avqustun 19-da Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun, idarə və müəssisələrin rəhbərlərinin, media nümayəndələrinin iştirakı ilə əsaslı təmir işləri aparılan çoxmənzilli binalara ictimai baxış keçirildi. Tədbir öncəsi Şəhriyar küçəsindəki 3 saylı binada yaşamış Vətən müharibəsi şəhidi Təbriz Cümüzadənin xatirəsinə yaradılmış xatirə ev muzeyində yaradlmış sərgi ilə tanışlıq edən icra başçısı İlham İsmayılov torpaqlarımızın azad olunması uğrunda həlak olan bütün şəhidlərimizə Allahdan rəhmət dilədi, onların xatirəsinin əziz tutulduğunu bildirdi. Sonra Şəhriyar, M.Maqomayev, R.Rza küçələrində görülən əsaslı təmir işlərinə baxış oldu. Məlumat verildi ki, Mingəçevir şəhər İcra Hakimiyyətində cari ilin əvvəlində təsdiq olunan tədbirlər planına uyğun olaraq tenderdə qalib olmuş Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi tərəfindən 15 yaşayış binasının ümumi istifadə sahələri, blokları, fasad hissələri suvanaraq rənglənir, plastik pəncərə çərçivələri və seyf qapıları qoyulur. Elə bu məhəllədə də ötən illər ərzində kanalizasiya sisteminin çəkilişindən sonra işıqlanma nöqtələri yaradılıb, bordürlər düzülməklə asfaltlanma işləri aparılmışdır. Pəncərə çərçivələrinin yerləşdirilməsi, seyf qapılarının qoyulması işlərinə nəzər yetirən şəhər rəhbəri tapşırıqlarnı verdi, yol verilən nöqsanları göstərdi. Bildirdi ki, əsaslı təmir işlərinə ciddi yanaşılmalıdır, bütün kommunikasiya xətlərinin səliqəli yerləşdirilməsi təmin edilməlidir. Bütün xidmət müəssisələrinin rəhbərləri işə məsuliyyətlə yanaşmalıdırlar. Vətəndaş razılığına nail olunmalıdır. Telefon, internet və elektrik xətlərinin səliqəsiz formada olması görülən bütün işlərə xələl gətirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən və regionların sosial iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq şəhərimizdə həyata keçirilən quruculuq işləri sakinlərin rifah halının yaxşılaşdırılması, firavanlığın təmin edilməsi məqsədini daşıyır. Mingəçevir şəhərinin İcra Hakimiyyti başda olmaqla bütün kommunal xidmət müəssisələrinin kollektivləri qarşılıqlı əməkdaşlıq şəraitində vəzifələrimizi yüksək keyfiyyətlə icra edirik. Hər hansı nöqsan olarsa onun qarşısının vaxtında alınması təmin olunur. O cümlədən şəhərin sağ sahilində və energetiklər yaşayış massivində olan binalarda və məhəllələrdə başlanan əsaslı təmir işləri uğurla davam etdirilir. İctimaiyyət üzvləri, media nümayəndələri ilə birgə keçirilən ictima baxışın məqsədi də görülən işlərlə yaxından tanış olmaq, nəzərdən qaçan problemləri öyrənmək, fikir və təklifləri nəzərə almaqdır. Təbii ki, Mingəçevirn gözəlləşməsi üçün layihələrimiz davam edəcək, yeni xiyabanlar yaradılacaq, vətəndaşlar üçün gözəl şərait yaradılacaqdır.

Keçidlər