Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhərində prezident seçkiləri böyük seçici fəallığı ilə başa çatıb.

08 fevral 2024 | 18:34

Mingəçevirli seçicilər öz namizədlərinə səs vermək üçün səhər saatlarından etibarən 54 saylı Mingəçevir Dairə Seçki Komissiyalarının məntəqələrinə axışıblar. Məntəqələrin qarşısında böyük insan izdihamı müşahidə edilirdi. Seçicilər arasında şəhid ailələri, qazilər,gənclər də aktivlik nümayiş etdiriblər. Hər kəs öz layiqli namizədini seçmək üçün məntəqələrə gəlməyi vacib hesab edib. Mingəçevirdə seçkiləri müşahidə edən müxtəlif partiyalardan olan müşahidəçilərdə seçkinin azad, demokratik prinsiplərə uyğun keçdiyini , hər hansı neqativ hallarla rastlaşmadıqlarını bildiriblər. Qeyd edək ki, 7 fevral 2024-cü il Prezident seçkiləri sıradan bir seçki deyil. Qələbəmizin, qürur seçkisinin keçirildiyi bir günü idi. XX və XXI-əsrlərdə olmuş digər seçkilərdən fərqlənir bu seçki vətənimizin, dövlətçiliyimizin tarixinə yazılacaq bir seçkidir. 200 illik erməni və onların havadarlarının ekspansionizminə, işğalına son qoyularaq suverenliyi və ərazi bütövlüyü tam bərpa olunmuş, bütün ölkə ərazisində keçirilən tam bir fərqli seçkidir. Bu seçki ölkəmizin, xalqımızın, qələbəmizin bədxahlarına, xüsusən Qərbdəki, Avropadakı məkrli, hikkəli, ermənipərəst güclərə yerini göstərmək, həddini bildirmək üçün də mühüm bir şansdır, imkandır. 7 fevralda səsimizi müstəqil, azad Azərbaycanın bütün yerlərində olduğu kimi, Şuşada, Xankəndidə, Ağdamda, Cəbrayılda, Laçında və Füzulidə verdik! Qeyd edək ki, 54 saylı Mingəçevir seçki dairəsinin 40 məntəqəsi var. Bu məntəqələrdə 51 min 340 seçici qeydiyyatdadır. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov bu gün, fevral ayının 7-dəTexniki Humanitar liseydə yerləşən 37 saylı seçki məntəqəsində səs verib.

Keçidlər