Mingəçevir şəhərində “Özünüməşğulluq proqramı üzrə aktivlərlə təmin olunmuş şəxslərin fəaliyyətində mövcüd imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir keçirilmişdir.
20 fevral 2025 | 17:23
20.02.2025-ci il tarixdə Mingəçevir şəhər “Gənclər Evi”ndə KOBİA və şəhər İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş “Özünüməşğulluq proqramı üzrə aktivlərlə təmin olunmuş şəxslərin fəaliyyətində mövcüd imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə KOBİA Regional koordinatlığın Yevlax-Bərdə KOB Dostu, Mingəçevir KOB Dostu, Mingəçevir şəhər İcra Hakimiyyətinin, Dövlət Məşğulluq Agentliyinin Mingəçevir şəhər Xidmət şöbəsinin, İqtisadiyyat Nazirliyinin Aran Regional bölməsinin, Dövlət Vergi xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin, Əmlak Məsələləri Dövlət Xidmətinin Mingəçevir ərazi şöbəsinin, Sahibkarlığın İnkişafı Fondunun, Kredit təşkilatlarının nümayəndələri və sahibkarlıq subyektləri iştirak etmişlər. Tədbirdə müzakirələr aparılmış, iştirakçılar tərəfindən verilən suallara aidiyyəti qurumların nümayəndələri tərəfindən müvafiq cavablar verilmişdir.