Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhərində Novruz bayramı geniş qeyd edilir.

17 mart 2023 | 17:14

17 mart 2023-cü il tarixdə Mingəçevir şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə yaşadan Novruz bayramı münasibəti ilə Səməd Vurğun adına meydanda umumşəhər bayram şənliyi keçirilmişdir. Şənlikdə kəndirbazların, pəhlivanların, idmançıların təqdim etdikləri müxtəlif oyunlar, Keçəlin, Kosanın məzhəkələri, Dədə Qorqudun tövsiyələri, Bahar qızın xoş arzuları toplaşanların alqılşları ilə qarşılanırdı. Bayram tədbirində Mingəçevir Dövlət Dram Teatrının aktyorlarının çıxışları, Mingəçevir şəhər Uşaq Gənclər İnkişaf Mərkəzinin şagirdlərinin təqdim etdiyi rəqs və mahnılar, musiqiçilərin ifaları, şənliyə gələn uşaqların şən rəqsləri tədbir iştirakçılarının sevincinə səbəb olur, şənliyi rövnəqləndirirdi. Mingəçevir şəhər İcra Hakimiyətinin başçısı İlham İsmaylov şəhər sakinlərini təbrik edərək qeyd etdi ki, Novruz xalq bayramıdır. Yurdumuzun hər bir guşəsində müxtəlif el şənlikləri və mərasimlərlə qarşılanır. Novruz həyatın yenilənməsi, dirçəlişinin rəmzidir. Yer üzünə təravət, yeni ab-hava, torpağa yeni həyat bəxş edir. Novruz bayramının ölkəmizdə dövlət səviyyəsində qeyd olunması Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyev Novruzu milli birlik bayramı adlandırırdı. Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirən, milli-mənəvi dəyərlərimizi böyük sevgi ilə yaşadan möhtərəm Prezidentimiz cənab İlham Əliyev də hər il bayram günü xalqa təbrik ünvanlayır, bayram şənliklərində iştirak edir və onlarla öz sevincini paylaşır. Şəhər rəhbəri xüsusi vurğuladı ki, öz fəaliyyətində milli-mənəvi dəyərlərimizin qorunmasına və dünyada təbliğinə böyük önəm verən, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın da bu istiqamətdə apardığı işlər nəticəsində Novruz bayramı 2009-cu ildə YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 2010-cu ildən BMT Baş Assambleyasının qərarına əsasən mart ayının 21-i “Beynəlxalq Novruz günü” elan edilmişdir. Bildiyiniz kimi 2020-ci ilin sentyabr-noyabr aylarında Müzəffər Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında qəhrəman ordumuzun şücaəti nəticəsində 30 ilə yaxın bir dövrdə işğal altında olan torpaqlarımız azad edildi, ərazi bütövlüyümüz bərpa olundu. Bu müharibədə şəhidlərimiz və qazilərimiz oldu. Allahdan bütün şəhidlərimizə rəhmət diləyir, qazilərimizə şəfa arzulayıram. Bir daha bayramınızı təbrik edir, hamınıza möhkəm can sağlığı, xoşbəxtlik, ailə səadəti, bol ruzi-bərəkət, Novruz sevincləri arzulayıram. Tədbirin sonunda Mingəçevir şəhər İcra Hakimiyətinin başçısı İlham İsmayılov hüquq mühafizə orqanlarının rəhbərləri ilə birlkdə şəhərin təhsil ocaqlarının kollektivlərinin hazırladıqları əl işləri və bayram süfrələri ilə tanış oldular.

Keçidlər