Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhərində həyata keçirilən abadlıq işlərinin yaxşılaşdırılmasını təmin etmək məqsədilə yeni və müasir avtomobillər gətirilib

21 fevral 2024 | 13:37

Fevral ayının 19-da Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, polis şöbəsinin rəisi Ədalət Əliyev, idarə və müəssisə rəhbərləri, ictimaiyyət nümayəndələri gətirilən yeni avtomobillərə baxış keçiriblər.

İcra Hakimiyyətinin başçısı bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bütün bölgələrdə aparılan təmir-quruculuq işləri yurdumuzun gözəlləşməsinə və vətəndaşların rifah halının yaxşılaşmasına xidmət göstərir. Mingəçevirdə aparılan tikinti-quruculuq və abadlıq işlərinin sahəsi genişlənir. Bu işlərin bəzilərini həyata keçirmək üçün müasir texnikanın olmaması bir sıra çətinliklər yaradırdı. Amma buna baxmayaraq kommunal xidmət təşkilatlarının kollektivlərinin imkanlarından istifadə edərək İcra Hakimiyyətinin tədbirlər planına müvafiq olaraq şəhərimizin küçə və məhəllələrində, parklarda, istirahət məskənlərində, yaşayış binalarında aparılan abadlıq və əsaslı təmir işlərini yüksək səviyyədə davam etdiririk. Xüsusilə vurğulamalıyıq ki, ölkə rəhbəri, cənab Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Mingəçevir şəhəri növbəti dəfə müxtəlif təyinatlı kommunal təsərrüfatı texnikaları ilə təmin olunub. Bu texnikalar arasında daha çox ehtiyac duyulan qaldırıcı kranların gətirilməsi xüsusilə hündürmərtəbəli binaların təmirində yaxından köməklik göstərəcək.

Tədbirdə yeni alınan kommunal təyinatlı texnikaların funksiyaları barədə iştirakçılara ətraflı məlumat verilib.

Keçidlər