Şriftin ölçüsü :
Saytın rəngi :
29 may 2024-cü il tarixdə N.Ahəngari adına 13 nömrəli tam orta məktəbdə Mingəçevir şəhər İcra Hakimiyyətinin, Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət komitəsi və Regional İnkişaf İctimai Birliyinin əməkdaşlığı ilə birgə “Güclü cəmiyyətin zərif simaları” adlı tədbir keçirilmişdir.
Tədbirin açılışında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, “Regional İnkişaf” İctimai Birliyinin və yerli icra orqanının nümayəndələri çıxış ediblər. Çıxışlarda dövlət tərəfindən həyata keçirilən uğurlu qadın siyasətindən, qadınların səlahiyyətləndirilməsi və öz potensiallarını reallaşdırmaları üçün yaradılan imkanlardan danışılıb, bu istiqamətdə aidiyyəti qurumlar və ictimai birliklər tərəfindən həyata keçirilən layihələrin əhəmiyyətinə diqqət çəkilib.
Tədbirin məqsədi regionlarda yaşayan qadınlar, yeniyetmə və gənc qızların şəxsi və liderlik bacarıqlarının inkişafına dəstək vermək, onların ictimai fəallığının təşviq etməkdir.