Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhərində Aprel şəhidlərinin anım günü ilə əlaqədar konfrans keçirilib.

03 aprel 2025 | 17:33

Aprelin 3-də Mingəçevir şəhər İcra Hakimiyyətinin təşkilatçılığı, DQİDK-nın Yevlax Regional Bölməsi və şəhər Təhsil sektoru ilə birgə “Aprel döyüşlərinin Azərbaycanın müstəqillik mübarizəsində yeri” adlı konfrans keçirilib. Tədbir iştirakçıları əvvəlcə Mingəçevir Şəhidlər Xiyabanında aprel döyüşlərində həlak olan şəhidlərin, Teymur Qasımovun, Adil Adilzadənin, Rüstəm Əhmədovun və Rahim Tağıyevin məzarları üzərinə gül dəstələri qoyaraq ehtiramlarını bildiriblər, ruhlarına dualar oxunub.

10 nömrəli tam orta məktəbin akt zalında keçirilən tədbirdə şəhər İcra Hakimiyyətinin və hüquq-mühafizə orqanlarının rəsmiləri, şəhid ailələrinin üzvləri, qazilər, ictimaiyyət və mətbuat nümayəndələri iştirak ediblər. Əvvəlcə torpaqlarımızın azad olunması uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Konfransda Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə y

aradılan Ordu quruculuğunun Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən bəhs edib. Aprel döyüşlərinin yaranma zərurətindən, qəhrəman əsgər və zabitlərimizin rəşadətlərindın söz açıb. Şəhidlərimizə Allahdan rəhmət diləyib. Tədbirdə DQİDK-nın Yevlax Regional Bölməsinin baş məsləhətçisi Əlisa Fərəcov, şəhid anası İranə Həsənova, şəhid atası Oruc Əhmədov, Vətən müharibəsi iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı Elnur Qebidov çıxış ediblər.

Tədbirdən sonra şəhidlərimizin xatirəsinə ehsan süfrəsi açılıb.

Keçidlər