Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir Şəhəri üzrə Maliyyə Şöbəsində 15 iyun-Milli Qurtuluş Günü münasibətilə dəyirmi masa keçirilib.

15 iyun 2023 | 16:32

“Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda keçirilən tədbir Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Giriş nitqi ilə çıxış edən Mingəçevir Şəhəri üzrə Maliyyə Şöbəsinin rəisi Sultan Əsədov Ulu öndər Heydər Əliyevin həyatı və siyası fəaliyyəti haqqında ətraflı məlumat verərək “15 İyun – Milli Qurtuluş Günü” münasibətilə tədbir iştirakçılarını təbrik edib, hər kəsə uğurlar arzulayıb.

Digər çıxış edənlər qeyd ediblər ki, 1993-cü ilin 15 iyun tarixi Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxması, dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlət kimi tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir. Ulu Öndərin xalqımız və tariximiz qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, ölkəmizi parçalanıb yox olmaq təhlükəsindən qurtarmasında idi. Qeyd edilib ki, dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı – Milli Qurtuluş Günü kimi qeyd edir.

Keçidlər