Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhəri üçün alınmış yeni texnikalar ictimayyətə təqdim olundu

12 noyabr 2025 | 15:30

Noyabrın 11-də Mingəçevirin şəhər statusu almasının 77 illiyi münasibəti ilə şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və aparatın kollektivi, millət vəkili Aydın Mirzəzadə, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP şəhər təşkilatının və şəhər Bələdiyyəsinin sədrləri, ictimaiyyət və mətbuat nümayəndələri şəhərdə həyata keçirilən quruculuq işləri üçün alınan yeni avadanlıqlara baxış keçiriblər. Şəhər Bələdiyyəsinin inzibati binasının qarşısındakı meydanda keçirilən tədbirdə məlumat verilib ki, quruculuq işləri üçün tələb olunan 9 ədəd texniki avadanlıq gətirilib. Bir ədəd asfaltkəsən avadanlıq, 2 ədəd dərmansəpən qurğu, 3 ədəd elektrik mühərrikli mopedlər, dizel mühərrik, yükləyici, mini ekskovator, qayçıvari səbət asfalt örtüyündə, yaşıllıq zolaqlarında, binaların təmirində istifadə üçün nəzərdə tutulub.

İcra Hakimiyyətinin başçısı İlham İsmayılov bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyevin göstərdiyi diqqət və qayğısı sayəsində Mingəçevir günbəgün gözəlləşir, yeni-yeni quruculuq işləri reallaşır, yaşıllıq sahələri salınır, xiyabanlar yaradılır, yaşayış binaları əsaslı təmir edilir. Əvvəllər quruculuq işlərini həyata keçirən zaman texniki problem yaranırdı, hər hansı ağacı budamaq və digər işlər üçün avadanlıq çətinliyi yaşanırdı. Son üç ildə daxili imkanlar hesabına quruculuq işləri üçün, şəhərin təmizliyinin qorunması məqsədi ilə müasir texniki avadanlıqların alınmasına nail oluruq. Bu avadanlıqlar həm işlərin keyfiyyətini yaxşılaşdırır, həm də əl əməyindən istifadəni azaldır. Şəhərimizin 77-ci ildönümü günü bu avadanlıqların alınması da mingəçevirlilər üçün növbəti töhfələrdəndir. Bu qurğular aidiyyəti müəssisələrə veriləcəkdir.

Keçidlər