Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər Stadionunda Zəfər gününə həsr edilmiş idman yarışlarına yekun vuruldu

04 noyabr 2022 | 16:26

Xəbər verildiyi kimi, oktyabr ayının 22-dən başlayaraq 8 noyabr Zəfər gününə həsr edilmiş idman yarışlarına yekun vurulmuşdur. Yarışlar idmanın şahmat, voleybol, basketbol, kik-boksinq, vətənin müdafiəsinə hazıram çoxnövçülüyü üzrə təşkil olunmuşdur. Bununla əlaqədar olaraq Mingəçevir şəhər Stadionunda təntənəli mərasim keçirilmişdir. Mərasimi giriş sözü ilə şəhər Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli açaraq öncə torpaqlarımızın qorunması və azad olunması uğrunda həlak olan şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsini təklif etdi. Zəfər günü ilə əlaqədar olaraq stadiona toplaşanları təbrik edərək idmançılara uğurlar arzuladı. Sonra idmanın yekunları haqqında qısa məlumat verərək Zəfər bayramı ilə əlaqədar çıxış üçün sözü Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılova verdi. Şəhər İcra Hakimiyyətinin başçısı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Milli Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı qələbədəm danışdı. Zəfər gününün əldə olunmasında həlak olan şəhidlərimizə olan ehtiramını ifadə edərək qazilərimizə tezliklə sağalmağı Allahdan arzu etdi. Zəfər bayramı münasibəti ilə ölkəmizin hər yerində hazırlıq işlərinin getdiyini dilə gətirərək hamıya bu böyük bayram münasibəti ilə ürəkdən təbriklərini çatdırdı. Gənclər və İdman İdarəsinin həyata keçirdiyi idman proqramlarının şəhər əhalisi tərəfindın razılıqla qarşılandığını bildirərək bütün bunların şəhər İcra Hakimiyyətinin tədbirlər planının bir hissəsi olduğunu diqqətə çatdırdı. İdman yarışlarında fəallıq göstərən, uğurlar qazanan, təşkilatçılıq işi aparan bütün hər kəsə təşəkkürünü bildirdi. Sonra qaliblərə mükafatlar təqdim olundu. Vətənin müdafiəsinə hazıram idman çoxnövçülüyü üzrə yarışlarda 17 nömrəli orta məktəbin komandası birinci, 13 nömrəli orta məktəbin komandası ikinci, 12 nömrəli orta məktəbin komandası üçüncü yeri tutmuşlar. Hər üç komandaya kubok, diplom və medallar təqdim olundu. Bahar turnirində qızlardan ibarət futbol komandamızın əldə etdiyi uğur xüsusilə qeyd olundu. 12 yaşlı qızlarımız turnurin qalibi kimi fəxri kuboka layiq görülmüşdür. Kubok və medallar sahiblərinə təqdim olundu. Voleybol üzrə idman yarışını xüsusilə qeyd etmək istərdik. Bu idman növündə əsasən 20-dən çox komanda iştirak edib. Onlardan 7 komanda qızlar arasında keçirilib. Bu yarışlarda 1-ci yeri MDU-nun qızlardan ibarət komandası, 2-ci yeri isə 3 nömrəli orta məktəbin komandası tutmuşdur. Basketbol yarışlarında isə 1-i yerə 10 nömrəli məktəbin, 2-ci yerə isə 20 nömrəli məktəbin komandası layiq görülmüşlər. KİK-boksinq yarışında Kamran Nəsirovun rəhbərlik etdiyi idmançılalr Mingəçevirin və ətraf rayonların qarışıq komandalarının iştirak etməsinə baxmayaraq ən yüksək pilləyə layiq görülmüşdür. Qaliblərin hamısına diplom, kubok və medallar verilmişdir.

Keçidlər