Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər Sahil parkında aparılan abadlıq-quruculuq işlərinə baxış keçirildi.

10 oktyabr 2023 | 09:54

Mingəçevirin şəhər statusu almasının 75 illik yubileyi ərəfəsində, oktyabr ayının 9-da Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun rəhbərliyi ilə şəhərdə aparılan abadlıq-quruculuq işlərinə baxış keçirildi. Şəhər İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşlarının, Mingəçevir Bələdiyyəsinin sədri Ramiz Əliyevin, idarə və müəssisələrin rəhbərlərinin, mətbuat işçilərinin iştirakı ilə keçirilən görüş Sahil parkında baş tutdu. Burada aparılan yenidənqurma işləri əsasən şəhər körpüsü ilə dəmir yol körpüsü arasındakı məsafədə görülən işləri əhatə edirdi. Uzun illər bu ərazidə mövcud olan nöqsanların aradan qaldırılması məqsədi ilə tədbirlər müəyyənləşdirildi. Ərazidə yeni istirahət məskəninin salınması üçün qanunsuz tikililərin sökülməsi, səliqə- səhmanın yaradılması, sakinlərin rahat istirahəti üçün işıqlanma sisteminin çəkilməsi, oturacaqların qoyulması, piltələrin döşənməsi, yaşıllıq zolaqlarının salınması, fiziki cəhətdən ömrünü başa vurmuş ağacların kəsilməsi, yeni ağac tinglərinin və gül kollarının əkilməsi üçün tapşırıqlar verildi. Sahil parkında gəmilərin dayandığı əraziyə də baxış keçirildi. Burada mövcud olan çatışmazlıqların aradan qaldırılması məqsədi ilə müvafiq idarə, təşkilat rəhbərlərinə tapşırıq və tövsiyələr verildi. Xüsusən “liman” ərazisində olan gəmi dayancaqlarında aqlayların, məhəccərlərin qanunsuz olaraq müxtəlif yerlərdən sökülməsi liman rəhbərlərinin nəzərinə çatdırıldı və tədbirlər görülməsi tələb olundu.

Nur şəhərinin 75 illik yubileyi ərəfəsində şəhərimizdə bu cür tədbirlərin keçirilməsi davam etdiriləcək, səliqə-səhmanın yaradılması məqsədi ilə hər həftənin şənbə günləri iməciliklər təşkil olunacaq. Qeyd edək ki, Mingəçevirin gözəlləşməsi və abadlaşması işlərində şəhərin bütün kommunal xidmət kollektivlərinin, eləcə də bütün sakinlərinin iştirakının vacibliyi diqqət mərkəzinə çəkildi. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov bütün təşkilat rəhbərlərinə müraciət edərək bildirdi ki, şəhərin 75 illik yubileyinədək qarşıya qoyulan bütün tələblər yerinə yetirilməlidir.

Keçidlər