Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər MKS-nin N.Gəncəvi adlna 9 nömrəli kitabxana filialında "Heydər Əliyev və Azərbaycan dili" mövzusunda dəyirmi masa təşkil edilmişdir.

12 avqust 2023 | 13:49

Tədbirdə çıxış edənlər qeyd etdilər ki, Azərbaycan Respublikasında ana dilimizin istifadəsinin genişlənməsinə, ümumilikdə, bu sahəyə xüsusi qayğı əsasən vətənini canından çox sevən müdrik dövlət xadimi Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra geniş vüsət almışdır. XX əsrin ikinci yarısında Azərbaycan dilinin hərtərəfli inkişafı, ümumişlək dilə, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın böyük dövlətlərinin və beynəlxalq təşkilatların kürsülərində səslənməsi bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır. İti ağlı, dərin zəkası, uzaqgörənliyi və xalqsevərliyi ilə hamını heyrətdə qoyan ulu öndərimiz H.Əliyev milli dövlət quruculuğunda dil siyasətini ön plana çəkdi və bununla da ana dili – Azərbaycan dili ən yüksək inkişaf mərhələsinə çatdı. Bütün sahələrdə olduğu kimi, Heydər Əliyevin uğurlu siyasi varisi Müzəffər Ali Baş Komandan İlham Əliyev bu strategiyanı davam etdirir. Prezident İlham Əliyevin bu sahədə apardığı siyasətə qiymət verərkən onun latın qrafikası ilə Azərbaycan və dünya klassiklərinin əsərlərinin kütləvi tirajla Azərbaycan dilində çap olunmasını qeyd etmək lazımdır. Ölkə başçısının "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" 1 noyabr 2018-ci il tarixli fərmanı ana dilimizin inkişafına dair mühüm əhəmiyyət kəsb edən vacib sənədlərdən biridir.

Keçidlər