Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının Uşaq Nevroloji Sanatoriyasında müalicə olunan uşaqlar üçün bayram şənliyi təşkil olunub.

29 dekabr 2023 | 16:35

Dekabr ayının 29-da Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları münasibəti ilə Mingəçevir şəhər mərkəzi xəstəxanasının Uşaq nevroloji sanatoriyasında müalicə olunan uşaqların bayram şənliyində iştirak edib. Xüsusi qayğıya ehtiyacı olan uşaqlarla əziz bayramlar ərəfəsində görüşməkdən məmnunluğunu bildirən şəhər rəhbəri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uşaqların sağlam və xoşbəxt böyüməsi, firavan ömür sürmələri üçün göstərdiyi diqqət və qayğısından söz açıb. Birinci Vitse Prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən fiziki cəhətdən sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi sanatoriyaların tikilib istifadəyə verilməsindən və eyni zamanda onların müalicələri, sağlamlıqları üçün gördüyü önəmli işlərdən danışıb. Qeyd olunub ki, dövlətimizin inkişafı, tərəqqisi, vətəndaşların, uşaq və gənclərin sağlamlığı, rifah halının yaxşılaşdırılması, lazım olan hər cür şəraitin yaradılması daim diqqət mərkəzindədir. İcbari Tibbi Sığortanın tətbiqindən sonra Mingəçevir şəhər uşaq nevroloji sanatoriyasında yaradılan şərait bunun bariz nümunəsidir. Əziz uşaqlar, Sizin sevinciniz bizim sevincimizdir, üzlərinizdən gülüş əskik olmasın. Sizləri 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il Bayramları münasibəti ilə ürəkdən təbrik edir, hər birinizə can sağlığı arzulayıram. Arzum budur ki, 2024-cü il həyatınızda yeniliklər ili olsun. Bayramınız mübarək.

Sonra şəhər rəhbəri hər bir uşağa bayram hədiyyəsi təqdim edib.

Şaxta baba və Qar qızın gəlişi uşaqların sevincinə xüsusi rəng qatıb. Uşaqlar rəqs edib, şənləniblər.

Keçidlər